Fikrət Hüseynlinin məhkəməsi başlanır

Bu gün Kiyevdə saxlanılan əməkdaşımız Fikrət Hüseynli ilə bağlı məhkəmə prosesi keçirilib.

Prosesin nəticəsində Azərbaycan hökumətinin tələbinin və müdafiə tərəfinin də arqumentlərinin əsaslandırıması üçün Fikrət Hüseynlinin saxlanma müddəti daha 14 gün uzadılıb.

Hollandiyanın Kiyevdəki səfriliyi Fikrət Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması ilə bağlı sənədlərin surətini təsdiq edib. Müdafiə qrupu indi həmin sənədlərin notarial tərcüməsini başa çatdırıb apellyasiya müraciəti hazırlayır.

***

Bu gün səhər saat 9-da, Kiyevdəki Hollandiya Səfirliyinin nümayəndələri bir qrup Hüquq Müdafiəçisi ilə birlikdə Fikrət Hüseynlinin saxlanıldığı təcridxanaya gediblər.

Lakin  məlum olub ki, F.Hüseynlini işlə tanış olmaq üçün prokurorluğa aparıblar.

Sabah saat 13.00 da F.Hüseynlinin birinci məhkəmə prosesi başlayacaq.

***

Jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparıldı.

O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb. Əməkdaşımızla telefon danışığında Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.

Xatırladaq ki, F. Hüseynli Niderland vətəndaşıdır. O, Turan TV ilə əməkdaşlıq edir və Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.

Mühacirətə gedərkən Azadlıq qəzetinin əməkdaşı idi və davamlı təqiblərə görə ölkəni tərk etməyə məcbur olmuşdu. 2006-cı ilin mart ayının 6-da axşam saatlarında Bakının mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər onu döyüb, boğazını kəsib, barmağını sındırmışdılar. Faktla bağlı cinayət işi qaldırılsa da, cinayətin üstü hələ də açılmayıb.