Sarısu gölündə meşəbəyini güllələdilər

Bir neçə saat bundan əvvəl Sarısu gölündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ağakərim Səlimovu güllə ilə vurublar. İndidən yazaq ki, Ağakərim Səlimovu Dövlət Mühafizə Xidmətinin əməkdaşları güllələyib, yoxsa bədbəxtin birini tutub boynuna qoyacaqlar ki, sən vurubsan.

Hazırda əməliyyat edilən və reanimasiyada yerləşdirilən Ağakərim Səlimov artıq ifadə verərək bildirib ki, ona təsadüfi güllə dəyib və heç kimin onu öldürmək niyyəti olmayıb.

Xəbər bizə də yarımçıq şəkildə yetişib, çünki Sarısu ərazisində hava çiskinlidir. Buna görə də Mühafizə Xidməti ilə meşəbəyi arasında hansı mübahisənin olduğunu, aralarında neçə metr məsafənin olduğu, ümumiyyətlə Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının orada nə qələt qarışdırdaıqları əməlli görükmürdü. Qamışlıq da bir tərəfdən imkan vermir ki, yaxşı müşahidə edə biləsən. Bir sözlə, “Baskervillərin iti”…

azerbaycansaati.tv