Avropa çempionu axundu da yıxdı!

Az TV- nin şefi Arif Alışanovun qaynı, Avropa çempionu və başqa idman titulları olan natiq Bağırov mühacirətdədir. Amma o, siyasi mühacir deyil, iqtisadi mühacirdir. Adam, 2006- cı ildən Belarusun paytaxtı Minskə köçüb və orada bizneslə məşğuldur. Eyni zamanda, təbii ki, Azərbaycan hakimiyyətinin Belarusdakı kölgə səfirliyi rolunu oynayan Diaspor təşkilatının rəhbəridir. Bu, n ormaldır. Zatən bütün ölkələrdə İlham Əliyevin siyasətini dəstəkləyən azərbaycanlılar tapıb onları qeyri- müəyyən məqsədlər üçün təşkilatlandırmaq lazım gəlir ki, oralardan vaxtlı- vaxtında İlham Əliyevə təbrik teleqramları vursunlar. 

capture-d-e-cran-2016-10-14-a-18-54-30

Aralıqdakı boş zamanlarda isə İlham Əliyevin siyasətini dəstəkləməyən azərbaycanlıların gününü qara etmək, onlara problem yaratmaq lazım gəlir. Belarusdan azerbaycansaati.tv ilə əlaqə saxlayan azərbaycanlılardan birinin danışdığı hekayətdə olduğu kimi.

Belarusda inanclı azərbaycanlılar Əhli Beyt adlı bir cəmiyyət yaradılblar və öz imkanları hesabına da bir məscid tikiblərmiş. Günün birində Arif Alışanovun qaynı, Belarus azərbaycanlılarının bir nömrəli avtoriteti kimi təqdim edilən Natiq Bağırov bu məscidin onun nəzarətindən kənarda qalması ilə razılaşmaq niyyətinin olmadığını biruzə verir. Məscidi fiziki imkanlar hesabına ələ keçirir, oraya özünün münasib bildiyi başqasını da axund təyin edir.

Natiq Bağırovun sözünün üstünə söz demək çətindir. Siyasi mənşə etibarı ilə Azərbaycan hakimiyyətinə çox yaxın olan Belarus hökuməti, əlbəttə, Natiq Bağırovu haqlı sayır və məscidin onun təsir dairəsində qalmasını qanuni hesab edir. Yerli azərbaycanlılar bu məsələ ilə bağlı etiraz etmək, məsələnin hüquqi həllini tapmaq istəsələr də, problemi həll etmək hələ ki, mümkün deyil. Sonuncu dəfə, Aşura günü məscidin əvvəllki axundu məsciddə urvatsız hala gətirilib və oradan uzaqlaşdırılıb. Həm də ciddi hədə- qoxularla. ,,Bir də buralara ayaq basma,,! Vəssəlam.

Natiq Bağırov səlahiyyətli adamdır. Arif Alışanovun qohumudur. Hakimiyyət içində güclü dayaqları var. Özü də güclü adamdır. Avropa çempionu da olub. Bundan o yanası varmı?Yəqin ki, yoxdur. Bu arqumentlər Minskdəki müsəlman məscidinə əl qoymaq üçün yetərlidir. O da bunu edib.

azerbaycansaati.tv