Heydər Əliyevin heykəlinə nifrət yapışdırıldı

Rumıniyanın paytaxtı Buxarest şəhərində Heydər Əliyevin heykəlinə təcavüz edilib. Naməlum şəxs(lər) bu şərəin Tei parkında yerləşdirilmiş heykəlin başına rəng yaxıblar. Şəkil sosial şəbəkələrdə geniş yayılıb və birmənalı qarşılanmayıb. Bəziləri belə hedsab edirlər ki, heykələ qarşı belə davranış mübarizə üsulu deyil və yanlış yanaşmadır. Bir çoxları da belə düşünürlər ki, sosial şəbəkələrə sıçrayan və günün trendinə çevrilən bu fakt ictimai nifrətin görsənişidir. Xatırladaq ki, Buxarestdəki Heydər Əliyev heykəli Avropada Azərbaycan diktatoruna qoyulan ilk heykəllərdən biridir. Heydər Əliyevin daha bir heykəli uzaq Amerika qitəsində, Meksikanın paytaxtı Mexiko şəhərinin parkında qoyulmuşdu, amma meksikalı ziyalılar və hüquq müdafiəçiləri öz ölkələrində diktatorun heykəlinin olmasını qəbul etmədilər və şəhər meriyasına basqı edərək onu götürüb zibilliyə atdırdılar.

(Heydər Əliyevin Meksikadakı heykəli yığışdırılıb)

azerbaycansaati.tv