İnsana ümidsizlik necə öyrədilir.

Əbil Həsənov

Təcürbə əsasında qəfəsə beş meymun  yığırlar.Qəfəsin tavanından bir salxım banan asırlar.Qəfəsin işinə bir ucu  tavanına kimi  bir nərdivan qoyurlar.Hər  hansı bir meymun nərdivanla yuxarı dırmaşıb banan yemək istəsə qəfəsin xaricindən meymunu  soyuq  su ilə isladırlar.İslanmaqdan qorxan meymunlar banan yeməkdən imtina edirlər.Səhər gün islanmış meymunlardan birini yeni bir  meymunla əvəz edirlər.Yeni meymunda banan yemək üçün nərdivana dırmaşmaq istəsə də qəfəsin stajlı sakinləri islanmaqdan qorxaraq  yeni meymunu döyürlər.Sabahı günü qəfəsdəki stajlı meymunlardan birini də dəyişib yeni bir meymun gətirirlər,Bu yeni meymun da banan yemək üçün nərdivana dırmaşmaq istəyəndə  digər dörd meymun yeni gələn meymunu döyürlər. Dünən gələn meymun isə bu meymunu döyməkdə xüsusi fəallıq göstərir.Daha sonra qəfəsin köhnə sakinlərindən birini də yenisi ilə əvəz edirlər.Yeni meymun da banan yemək üçün nərdivana dırmaşmaq istəsə də qəfəsdəki meymunlar təzə gələn meymunu vəhşicəsinə döydülər.Bu dəfə də qəfəsin son iki sakinləri xüsusi fəallıq göstərirlər.Nəhayət islanmış meymnların o biriləri yeni meymunlarla dəyişdirilir.Yeni gələn meymunlarda  banan yemək istədikdə qəfəsin sakinləri tərəfindən döyülür.Hər dəfə yeni meymun gələndə onu da döyürlər.Amma niyə döydüklərini bilmirlər.Beləliklə  qəfəsin tavanından bir salxım banan asılı olaraq qalır.Meymunlar  bananları yemək üçün nərdivana  yaxınlaşmağa cürət etmirlər.Niyə? Çünki bu qəfəsdə belə gəlib belə də gedəcək. Bu hadisə sizə yaxşı tanıdığınız bir ölkəni xatırlatdımı?Meymunlar tipik bir ümidsizliyə vərdiş olundular..Meymunlar ümidsizliyə öyrədildi və özlərindən sonra gələn meymunlarada məcburən öyrətdilər.