DTX agentləri Masazırda peyda oldular və…

Məhəmməd Mirzəlinin qaynını döyənlər bunlardır.

Rəciyev qardaşları. DTX agentləridir. Masazırda güc strukturlarının sifarişi və himayəsi altında hər ay bir neçə nəfəri döyüb, sonra da şərləyirlər. Polis isə döyülənlərdən pul alıb buraxır. İndi bu dəqiqələrdə bu qardaşlardan ikisi Abşeron polis idarəsindədir. Biri isə Masazır ərazisindəki kafelərin birində- 054 adlı çay evində qabları qırır, stolları aşırır. Məqsəd budur ki, Məhəmməd Mirzəlinin yeznəsi Elmanı şərləmək istəyirlər ki, guya Elman gəldi, dava saldı və qab-qaşığı qırıb getdi. Əllərindəki silah qanunsuzdur. Amma əhalidə xof yaratmaq üçün polisin göz yumduğu silahdır. Əslən,Yardımlı rayonunun Burzunbul kəndidndədirlər. 4 qardaşdılar, dördü də DTX (və polis) agentidir. İşləri üzə durmaq, dava salmaq, polisə gəlir vermək, insanları qorxutmaqdır. Silahlı olmasına baxmayın, Elnur Rəciyev adlı qardaşları da fəraridir.

azerbaycansaati. tv