Yanvarın 25-də Strasburqda, Avropa Şurasının binasında “Gürcüstan üçün yeni birlik” hərəkatının (NUG) təsisçisi, səfir Mamuka Gente ilə “Azərbaycan naminə demokratiya” (AND) hərəkatının həmtəsisçiləri, səfir Arif Məmmədov və TuranTV-nin direktoru Qənimət Zahid arasında görüş keçirilib.
Görüş zamanı iki hərəkat arasında qarşılıqlı əlaqə barədə Memorandum imzalanıb. Memorandum Azərbaycan və Gürcüstanda ümumi Avropa dəyərləri uğrunda sıx əməkdaşlıq və fəaliyyətin koordinasiyasını nəzərdə tutur.
Tərəflər “Region üçün Strasburq təşəbbüsü” Memorandumu üzərində Avropa Şurası və eyni dəyərləri bölüşən digər maraqlı tərəflərlə birgə işləmək barədə razılığa gəlib.
Qeyd olunub ki, hərəkatlar Azərbaycan və Gürcüstanda ümumi dəyərləri bölüşən bütün siyasi partiya və hərəkatlarla konstruktiv əməkdaşlıq üçün açıqdılar.
Fikrət Hüseynli