Azərbaycanda jurnalistika fakultəsindən bomba partlatdılar…

Dekan müavinlərindən olan Aytəkin Zeynalova tələbələri belə sındırır…Təhsil diktaturası siyasi diktaturanın rüşeymidir.

Tələbə yoldasşlarının biri bu dekan müavinini belə xatırlayıb:

“BDU-nun jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələri hədələyib ki, kim fakültə, dekanlıq haqda sosial şəbəkələrdə tənqid yazsa, şəxsən özü o tələbələri cəzalandıracaq.
Deməli, o Aytəkin mənim qrup yoldaşım olub. Bir dəfə Azərbaycan ədəbiyyat tarixi imtahanında cavab verə bilmədi. Müəllim dedi ki, “repressiya dövrünün şairlərindən danış, bir qiymət yazım”. Qayıtdı ki, “Aşıq Ələsgər”. Müəllimi az qaldı infarkt vursun…
Aşıq Ələsgəri repressiya dövrünün şairi hesab edən adam BDU-nun dekan müavinidi. Görün BDU nə gündədi”.

azerbaycansaati.tv