Rəsul Quliyev: “İlham Əliyevin ağlı inkişafdan dayanıb”

Bu barədə eks-spiker özünün facebook səhifəsində yazıb. O, qeyd edib ki, bu mövzuda ətraflı video çıxış etməyə hazırlaşır, bu çıxışlar bir neçə hissədən ibarət olacaq. Ancaq nə vaxt olacağı hələ müəyyənləşdirməyibdir. Eks-spiker Rəsul Quliyevin yazdığı məlum yazını olduğu kimi sizlərə təqdim edirik.

Rəsul Quliyev: “Yazılarımı oxuyanların bir çoxu mənim hakimiyyətə və müxalifət liderlərinə münasibətimin eyni dərəcədə neqativ olduğunu düşünürlər. Əslində bu belə deyildir. Daha doğrusu qətiyyən bu belə deyildir. Hakimiyyətin antixalq siyasətini öz ölkəsinə, öz xalqına düşmənçilik siyasəti kimi qəbul edirəm və təbii onları 21-ci əsrin ən mənfi personajları hesab edirəm. Müxalifət liderlərini antixalq siyasətində suçlamaq fikirim heç vaxt olmayıb. Bu ədalətsiz yanaşma olardı. Onlar sadəcə zamana, cari vaxta uyğun vəziyyəti düzgün analiz edə bilmədiklərindən səhv qərarlar qəbul edirlər. Nəticədə bu yaramaz hakimiyyəti özləridə bilmədən gücləndirirlər kimi nəticə çıxardıram. Bu tipli davamlı səhvlərini təkrar etməsinlər deyə mən də tənqid edirəm və belə səhvləri təkrarlamamağa çağırıram.

Qeyd etmək istəyirəm ki, başda prezident olmaqla bu hakimiyyət heç zaman, lap 10 illər keçsə də düzələn, islah olunan deyildir. Prezidentin ağlı inkişafdan dayanıb. Bu səbəbdən o, Heydər Əliyevin (Kommunist partiyasının o vaxtkı 1-ci katibi) 1970-ci illərdə kənd təsərrüfatı aktivləri ilə keçirdiyi iclasların (həmin Ağcabədidə o vaxt belə görüş keçirilmişdi) videolarına baxıb eyni şeyləri təkrar etmək istəyir… Üstündən 40 il keçməsinə baxmayaraq eyni mədhiyyə çıxışlar, eyni yalan raportlar və ən əsası, prezidentin ancaq yalanlardan yoğrulmuş çıxışı və xalqın qismən bu çıxışlara inanması əsil faciədir! “Balaca Heydəri prezident görmək istəyirəm” deməyə öyrədilmiş yaşlı bir qadının çıxışından xüsusi ləzzət alan prezident əslində Azərbaycan xalqının başına gəlmiş ən böyük fəlakətdir! Pambıq istehsalını artıracağıq və nəticədə 100 min iş yeri açılacaq kimi ağ yalanı, xalqının ən aşağı problu insanlardan ibarət olduğuna inanan, ömrünün axırına qədər qulu olacağına əmin olan adam deyə bilər. Bir sözlə hər bir vətəndaş düşdüyü vəziyyətdən çıxış yolu axtarmalıdır. Hakimiyyəti yönəldən bu insanlar düzələn deyildir. Çünki onların primitiv intlektual səviyyələri yoxdur.