Bir günlük şirkət və yüz milyonluq layihə!

Paytaxt Bakıda yeni korrupsiya yelləri əsir

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №- li Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər görülməsi haqqında Qərarı var. Həmin qərarla adı göstərilən rayonların ərazisində qəzalı vəziyyətdə, 15857 mənzildən ibarət olan 1094 bina sökülərək yenidən tikilməlidir. Qərara əsasən də bu işlərin aparılması tikinti şirkətlərinə həvalə edilir və həmin binaların sakinləri də tikinti şirkətinin vəsaiti hesabına müvəqqəti kirayə mənzillərdə yerləşdirilir. Daha sonra həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikilmiş binalarda mənzillər ayrılır. Demək olar ki, həmin rayonların hamsında sözügedən prosseslər başlayıb. Həmçinin Nərimanov rayonunda da bu işlərin aparılması Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə “Rahatlığın Məkanı-Gold” Şirkətinə həvalə edilib. İlk araşdırmadan da bəlli oldu ki, Şirkət elə yarandığı gün, ilk A-001 nömrəli məktubla İcra hakimiyyətinə müraciət edərək Nərimanov rayon ərazisində 3028 mənzildən ibarət 219 binanın sökülməsi və yerində yeni binaların tikilməsi üçün müraciət edib. İlk müraciəti olmasına baxmayaraq çox “uğurlu” olub, İcra hakimiyyəti işlərin aparılmasın həmin şirkətə həvalə edib.
Bu məlumatı Hacıbəyli Hüquq Mərkəzi adından Yalçın Hacıbəyli öz facebook səhifəsində paylaşıb.

abidin1 abidin2 abidin3

Şübhəsiz, bu əməliyyatdan icra hakimiyyətinin başçısı xəbərdardırdır. Amma Abidin öz başına deyil və bu cür iri miqyaslı rəqəmləri bircə günün içində «hop!» eləyib udmaq üçün çox yuxarılardan gələn bir ortaq olmalıdır. Biz bu ortağın yalnız prezident İlham Əliyev ola biləciyini iddia edirik. Bəs, siz?

Və bu da ölkədə böhran səbəblərindən biri olan minlərlə korrupsiya faktından biridir.

Azerbaycansaati.tv