Analoqsuz siyasət analoqlaşır?

Niyazi  Gasimov

İlham Əliyevin xarici və daxili siyasətinin uğursuzluqları hər keçən gün özünü daha qabarıq göstərir. Hakimiyyəti atasından müəmmalı şəkildə alan ölkə başçısı neft gəlirləri hesabına on ildən artıq hakimiyyətdə rahatlıqla qala bilirdi. Amma neft erasının bitmək üzrə olması prezidenti zor duruma salıb. Elə bir neftin qiymətdən düşməsi Əliyevin xarici və daxili siyasətini alt-üst etdi. Daxildə qeyri-leqal “paket maaşı” alanlarla yanaşı bəzi yüksək çinli məmurların hakimiyyətdən narazılığı hər gün bir az da artır. Xaricdəki Əliyev dəstəkçiləri də son zamanlar lazımı qədər canfəşanlıq göstərmirlər.