Kardioloqdan mədə dərmanı

Tural Aqayev

Azərbaycanın babat klinikalarından biri guya Tusi Klinikasıdır. Futboldan sonra sinəmdə azacıq ağrılar olurdu. Tusiyə kardioloqa getdim. Dedim, sinəmdə bir az ağrılar olur bəzən. Ürəyimin kardioqrammasını çıxardı. Dedi ki, narahat olma, heç bir problem yoxdu. Amma gördüm resept yazır. Dedim, əgər problem yoxdusa, resept nəyə lazımdı? Dedi, yəqin o azacıq ağrı mədəndədi, ona görə bu resepti mədən üçün yazıram 🙂

Azərbaycan həkiminin masterklasslarından birini də yazım, gedim dərsimi oxuyum 🙂

Sürücülük vəsiqəsi almaq üçün psixiatrdan keçməli idim, o da mənim psixoloji durumumu yoxlayıb kağıza imza atmalı idi. Psixiatrın otağına girdim, dedi, psixoloji problemin yoxdu, dedim yox, dedi, onda mən imza atana qədər qaç dükandan kontur al gəl 🙂