16 iyul 2024-cü ildə sosial şəbəkələrdə “MMA” (Qarışıq döyüş sənəti) üzrə dünya çempionu, Bəxtiyar Abbasovun bir şəxsə arxadan yaxınlaşıb cibinə nəsə ataraq, ona idman fəndləri tətbiq edib yerə yıxması ilə bağlı video paylaşılmışdı. Videoda Bəxtiyar Abbasovun şəxsin cibinə atdığının narkotik maddə olduğu iddia edilirdi. Elə həmin gün “unikal.org” saytı istisna, ona istinad edən bütün saytlarda Bəxtiyar Abbasovla bağlı tirajlanan xəbərlərin “bir neçə gün öncə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən idmançıya vaxtından əvvəl polis kapitanı rütbəsi verilib” hissəsi
çıxarılaraq belə bir xəbər dərc edildi:
“Azərbaycanlı MMA idmançısı Bəxtiyar Abbasov işdən çıxarılıb.
“Unikal.org”-un əldə etdiyi məlumata görə, avqustun 6-da təyin olunduğu döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postdan öz ərizəsi ilə istefa verib.
Məlumata görə, B.Abbasov Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytenantı Ceyhun Məmmədova şəxsən müraciət edib. O müraciətində bildirib ki, idmançı kimi karyerasını davam etdirmək niyyətindədir.
Bundan sonra qurum daxildə iclas keçirilib və Bəxtiyar Abbasovun istefa ərizəsi qəbul edilib.
Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova vaxtından əvvəl polis kapitanı rütbəsi verilib.
O, döyüş sambosu üzrə milli-mizin üzvlərindəndir. B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu,” pankration”, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur”.
17 iyulda isə “qafqazinfo.az” həmin görüntülərlə bağlı belə xəbərə jurnalistika prinsip və funksiyalarını, “”Kütləvi informasiya vasitələri” haqqında” qanunu, kobud surətdə pozaraq, DİN-in onlara göndərdiyi açıqlamasına öz tərəfkeş mövqeyini də əlavə edərək bir xəbər yayımlamışdı: “Sosial şəbəkələrdə MMA döyüşçüsü, polis kapitanı Bəxtiyar Abbasovun da olduğu deyilən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, dünya çempionu Bəxtiyar Abbasovun vətəndaşın cibinə narkotik maddə atdığı iddia olunub. Daha sonra münaqişə yaranıb, ətrafdakı şəxslərin ərazidə toplanmasından sonra tərəfləri ayırmaq mümkün olub.
DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı mətbuatın sorğusuna cavab olaraq bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb: “Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir””.
“azerbaycansaati.tv” bu xəbərin tirajlanan günündən məsələylə əlaqəli DİN-in Mətbuat Xidmətinə bir neçə dəfə sorğu göndərdi. Bizə qarşı münasibəti müsbət anlamda birmənalı olmayan polis əməkdaşları yenə də sorğularımıza etinasız yanaşdılar. İyul ayından sentyabr ayına qədər hər dəfə sorğu göndərib, zəng etdikcə, ya əngəlləndik, ya da üstüörtülü cavablar aldıq. Buna görə də hazırladığımız xəbəri hələ ki dərc etməmək qərarına gəldik.
23 iyulda isə ölkənin gündəmini başa qabir xəbər zəbt etdi: Müğənni Ağadadaş Ağayevlə “Medera” hospitalının mühafizəçisi arasında yaşanmış əlbəyaxa davaya görə cinayət işi açılması barədə informasiyalar dərc olundu. Məlumatlarda hər iki şəxsə xuliqanlıq maddəsi ilə cinayət işi açıldığı yazılırdı. Hadisənin necə baş verməsini əks etdirən yayılan videolarda asayişin qaydaların pozulması, hər iki şəxsin xəsarətlər yetirməsi görünür. Bu səbəbdən idmançı Bəxtiyar Abbasovun başqa bir şəxsə idman fəndləri tətbiq edərək, yerə yıxması, cibinə narkotik maddə atdığını iddia edilən videosu da bu qəbildən hesab olunduğundan “azerbaycansaati.tv” Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladı. Müğənni və mühafizəçiyə cinayət işi açan, amma Bəxtiyar Abbasov və ona köməyə gələn digər mülki geyimlilərin ictimai-asayiş qaydalarını pozan şəxslərə cinayət məsuliyyətinə cəlb etməyən polis orqanı yenə də suallarımıza cavab verə bilmədi.
19 iyulda DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Qafarovla əlaqə saxladıq. Mesajlarımız baxıb cavab vermədiyini gördükdən sonra başqa əməkdaş İbrahim Əmiraslanlıya həm yazılı, həm vatsap zəngli müraciət ünvanladıq. O da hazırda işdə olmadığı, buna görə Anar Qafarovla əlaqə saxlamalı olduğumuzu bildirdi. Anar Qafarova təkrarən yazsaq da, heç bir cavab ala bilmədik. 22 iyulda isə yenidən Anar Qafarovla əlaqə saxladıq. Hər iki müraciətimizin ilk mərhələrində suallarımıza reaksiya olmasa da, sonradan onunla davamlı şəkildə əlaqə saxlamağınız nəticəsində mesajlarımıza ilk mərhələdə reaksiya olmasa da, sonradan davamlı şəkildə əlaqə saxlamağımız nəticəsində ört-basdır cavabları oldu. Anar Qafarov: “Bəxtiyar Abbasovla bağlı açıqlama vermişik, əlavə heç nə yaymağı nəzərdə tutmuruq”, əlavə suallarımıza isə: “siz məsələyə düzgün prizmadan baxmırsınız” yazdı. Başqa əlavə suallarımıza isə cavab verməkdən boyun qaçırdı. Həmin gün İbrahim Əmiraslanlıya vatsap mesajı göndərmək də, mesajımızı cavabsız qoydu. İbrahim Əmiraslanlıya bu məsələylə bağlı 21 sentyabrda zəng etsək də, zəngimizə cavab vermədi.Daha sonra Mətbuat Xidmətinin yeni əməkdaşı Elbrus İbrahimovla əlaqə saxladıq. Onun suallarımıza cavablarında qeyri-peşəkar olduğunu, sistemə yeni gəldiyiniz, hələ bu işin sirrlərini öyrənmədiyini bilmək olurdu. Asta-asta, fikirləşə-fikirləşə, düşünərək: O, işə məhkəmə baxıb, qiymət verəcək” dedikdə, polis əməkdaşının qanundan, istintaq hərəkətlərinin başlaması və necə davam etməsindən belə, xəbəri yoxdur. Əvvəl “ARB24”-də xəbər aparıcı olan Elbrus İbrahimova əməkdaşımız: “Axı, məhkəməyə qədər hər hansı istintaq, araşdırma başlamalı, daha sonra toplanmış materiallar məhkəməyə göndərilməlidir?!” dedikdə, “olar, mən bu məsələni “yuxarı”-dan
dəqiqləşdirim?” deyib, razılığımızı aldıqdan sonra dəstəyi asdı. Biz məsələnin daha da aydın olması üçün onun vatsap nömrəsinə bu işlə bağlı suallarımızı yazıb göndərdik. Mesajlarımızı görüb Cavab verməyən, və bizə geridönüş etməyən DİN-in yeni qeyri-peşəkar əməkdaşına növbəti gün əlaqə saxladıq. Amma bizi həm zəngdən, həm də mesaj bölümündən əngəllədi. Bir neçə gündən sonra onun tanımadığı digər nömrəmizlə əlaqə saxladıq. Nömrəni tanımamasına görə bizimlə geriyə zənglə əlaqə saxlayan əməkdaş biləndə ki, bizik, və suallarımızı yenidən ünvanlayanda:”Biz Bəxtiyar Abbasovla bağlı açıqlama vermişik” deyib dəstəyi asdı bu nömrəmizi də həm vatsap mesaj bölümündən, həm də ümumi zəng yerindən əngəllədi. Başqa əməkdaş İbrahim Əmiraslanlıyla əlaqə saxlamağa cəhd eləmişdik ki, əngəlləndiyimizi gördük. Yeni əməkdaş Elbrus İbrahimovun bu mənada “aktiv fəaliyyəti” öz sözünü deyirdi.
Bir sözlə, biz görüntülərdə ictimai asayişi pozan, vətəndaşın cibinə qeyri-qanuni əl salıb idman fəndləri tətbiq edərək yerə yıxan, Bəxtiyar Abbasov, və zor tətbiq edərək yerə yıxdığı şəxsin köməksiz vəziyyətdə olmasına baxmayaraq onu yumruqlarla döyəcləmək üçün idmançıya köməyə gələn digər mülkü geyimli şəxslər haqqında cinayət işinin açılıb-açıkmadıöına dair cavab ala bilmədik. DİN-in bizə verdiyi cavablardan bəlli olur ki, idmançıya heç bir cinayət işi açılmayıb, hətta sosial şəbəkələrdə onun işdən çıxarılması yola bağlı xəbərləri yalanlayan izləyicilər də var. Bu məsələnin hələ də gündəmdə olduğunuzu nəzərə alıb imkanlarımızın yetdiyi şəraitdə- 12 avqustda idmançı Bəxtiyar Abbasovla əlaqə saxladıq. Əvvəlcə adının Bəxtiyar olduğunu etiraf etsə də, sualımızdan sonra soyadının “Abbasov” deyil, “Əliyev” olduğunu, Bəxtiyar Abbasov adlı şəxsi tanımadığını dedi. İnandırıcı olması üçün “məni görsəniz, heç deməzsinzi ki, idmançıdır, mən hara, idmançılıq hara?”-bildirdi. Dəstəyi asdıqdan sonra ona vatsap tanıtımında ad, soyadının “Bəxtiyar Abbasov” yazdığını bildirərək, suallarımızı bir daha göndərdik, cavab olmadı. Dəfələrlə zəng etdik, amma Bəxtiyar Abbasovdan cavab ala bilmədik. Vatsap tanıtımında ad, soyadının dəyişib: “Azerbaycan” qeyd etdiyini görüb yenidən onunla əlaqə saxladıq, zənglərimizə cavab verməyən idmançıya mesaj yazdıq. Cavabı ala bilmədiyimizdən 24 sentyabrda ona başqa nömrədən təkrarən zəng etdik. O isə” Eeee, gedin DİN-dən soruşun da, məndən soruşmayın, mən heç nə bilmirəm” deyib dəstəyi asdı.
İmamət İsmayıl Ədil Bəyli