Hüquq-mühafizə orqanlarının saxta xəbərdarlıqları-“Bu xəbərdarlıqların vətəndaş üçün heç bir mənfi hüquqi nəticəsi yoxdur”-hüquqşünas DANIŞDI


Yəqin ki, artıq adət halını almış müxalif əqidəyə və ya çoxluğun fikirlərinə istərsə, şifahi, istərsə də, yazılı əks mövqe ortaya qoyan, yaxud bu və ya hər hansı digər səbəblərdən vətəndaşların hüquq-mühafizə orqanlarına çağırılaraq “xəbərdarlıq”-lara imza atdırılmalarına şahid olmusunuz. Bəs, görəsən, bu “xəbərdarlıq”-ların edilməsi qanunvericilikdə necə təsbit və tövsif olunur? “Azerbaycansaati tv” bu xüsusda hüquqşünas Əkrəm Həsənovla söhbətləşib:

“Azərbaycanda prokurorluq bəzən bu səlahiyyətindən sui-istifadə edir. Fikrindən, əqidəsindən xoşu gəlmədiyi adamlara belə xəbərdarlıqlar etməyə başlayır”.

Bu sözləri saytımıza bildirən hüquqşünas son vaxtlar vətəndaşların hüquq-mühafizə orqanlarına çağırılaraq, xəbərdarlıq etməsinin qanuni əsas olub-olmadığına da fikir bildirib:

“Qanunvericilikdə söz azadlığı var. Söz azadlığı məhdudlaşdırıla bilər. Bu da birbaşa qanunla tənzimlənməlidir. Prinsipcə, vətəndaşa qarşı böhtan yaxud təhqir və ya deyilsə, kiminsə işgüzar nüfuzuna xələl gətiribsə, digər şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. “Dövlət sirri”-ndən bu halda da həmin şəxsə qarşı cinayət işi açıla bilər. Bu baxımdan da prokurorluğun xəbərdarlığı vətəndaşın qanunu pozmaması deməkdir. Əksi olsa, qarşı onda cinayət işi açılmalıdır. Əgər, vətəndaş heç bir qanun pozmadan, ona xəbərdarlıq edilirsə, bu prokuroluğun həmin vətəndaşın qanunu nə vaxtsa pozacağından ehtiyatlanmsı deməkdir. Azərbaycanda prokurorluq bəzən bu səlahiyyətindən sui istifadə edir. Fikrindən, əqidəsindən xoşu gəlmədiyi adamlara belə xəbərdarlıqlar etməyə başlayır. Azərbaycanda orta statistik vətəndaşlarhüquq mühafizə orqanlarından qorxurlar. Ona bu qurumların xəbərdarlıqlar etməyini dərd bilirlər. Bu xəbərdarlığın heç bir qanuni hüquqi nəticələri yoxdur. Vətəndaş qanunu pozubsa, tədbir görülməli, məsuliyyətə cəlb etməliydilər. Məsuliyyətə də cəlb edən məhkəmə orqanıdır. Prokurorluğun belə bir səlahiyyəti yoxdur. Bu baxımdan prokurorluğun xəbərdarlıqlarını çox da ciddiyə almaq lazım deyil. Mən “belə bir xəbərdarlıqlar olmamalıdır” demirəm. Doğrudan, da kiminsə nəsə hərəkət eləməsi ola bilər. Bunda da prokurorluq qanunun pozulduğunu deyə bilər. Buna görə də bir də belə şeylər etməməyi barədə çağırır və xəbərdalıq edir. Kimisə xəbərdarlıq etmədən məsuliyyətə cəlb edilməsi də mümkündür. Prokurorluğun hamıya xəbərdarlıq etmək vəzifəsi yoxdur. Buradan prokurorluğun xəbərdarlıqları konkret hansı bir mövzularla bağlı olduğu nəticəsinə gəlmək olar. Xəbərdarlığın heç bir məhdudiyyəti yoxdur, yəni dəfələrlə edilə bilər.

hüquqçü Əkrəm Həsənov

Bu xəbərdarlığın həmin şəxs üçün heç bir mənfi hüquqi nəticəsi yoxdur. Bu xəbərdarlıqların mətnində bir qayda olaraq, biz sizi gələcək pozuntuların edilməməsinə dair xəbərdarlıq edildiyi yazılır. Bu da onu göstərir ki, prokurorluğa görə kimsə qaydanı pozub. Prinsipcə, biz də bu xəbərdarlıqları vətəndaş olaraq kiməsə və ya kimlərəsə edə bilərik.

Əgər, dövlət orqanı qanun pozulduğunu hesab edirsə, həmin şəxs qanunda nəzərdə tutulan məsuliyyətə cəlb etməlidir. Bu, onun borcudur. Heç bir qanun pozuntusu olmadan olan bu xəbərdarlıq hüquq-mühafizə orqanlarının “lütfü”-dür. Xəbərdarlıq məsuliyyət növü deyil”.

Hüquqşünas fikirlərini hələ də artmaqda və bu günün də aktuallılığı olan bu hallara əlavə olaraq, hazırda çimərlik mövsümü də olduğundan, qadınların ərlərinin onları çimərliklərdə busqalterlərlə digər kişilə göstərməsi ilə bağlı iki il əvvəl iyul ayında münasibət bildirən ilahiyyatçı Təyyar Hüseynlinin müsahibəsindən sonra Baş Prokurorluğa çağırılıb xəbərdarlıq etməsi üzərindən fokuslayaraq, bu sözləri də əlavə edib:

İlahiyyatçı Təyyar Hüseynlinin prokurorluğa çağırılması əsassız idi. Mən onun heç bir qanun pozuntusuna yol verilmədiyini düşünürəm. O. öz fikrini deyib, heç kəsi də konkret olaraq təhqir etməmişdi. Xəbərdarlıq mətnlərində vətəndaşın hansısa qanunu pozması yazılmır. Şifahi olaraq hansı qanunun hansısa maddəsinin pozulduğu deyilir. Bu xəbərdarlıqlar qorxutmaq üçündür. İlahiyyatçıya olan xəbərdarlıq prokurorluğun ya məmurların hansısa xoşuna gəlməyən fikrindən dolayı, olan xəbərdarlıqdır. Yəni bunu şəxsi qərəzsizlik, ya da ki, cəmiyyətdə doğuran rezonansa görə də qiymətləndirmək olar. Amma heç bir halda qanun pozuntusu yoxdur”. İlahiyyatçı Təyyar Hüseynli çimərliyə gedən qadınlar barədə 2022-ci il, iyul ayında münasibət bildirərək: “Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?” ifadəsini işlətsə də, mətbuatda onun məhz bu müsahibəsinə görə Baş Prokurorluğa çağırılması yazılsa da, əslində, bu açıqlamadan sonra deyil, mətbuata verdiyi bir neçə dini mövzuda müsahibələrindən sonra quruma çağırırlıb xəbərdarlıq edilmişdi.

İmamət İsmayıl Ədil Bəyli