“Xətai Rayon 36-cı polis bölməsinin təhqiqatçısı Qabil Hüseynli anamla telefon danışığı zamanı mənə xəsarət yetirildiyini etiraf edib, və ona: ” özünü həmin bölmənin 36-cı polis bölməsinin kapitanı təqdim edən Orxan İsmayılov kimdir?” soruşduqda: “Mən elə bir adam tanımıram” dedi. Elədirsə, həmin şəxs kim olub?
Kamera görüntüləri niyə mənə və ya ictimaiyyətə təqdim olunmur?
“Xətai Rayon 36-cı polis bölməsinin təhqiqatçısı Qabil Hüseynli anamla telefon danışığı zamanı mənə xəsarət yetirildiyini etiraf edib, və ona: ” özünü həmin bölmənin 36-cı polis bölməsinin kapitanı təqdim edən Orxan İsmayılov kimdir?” soruşduqda: “Mən elə bir adam tanımıram”-dedi. Elədirsə, həmin şəxs kim olub? Kamera görüntüləri niyə mənə və ya ictimaiyyətə təqdim olunmur?
Bu sözləri “azerbaycansaati.tv”-yə vətəndaş Aygün Əliyeva qarşılaşdığı hadisəyə görə, DİN sözçüsünün onunla bağlı təkzibinə etiraz edərkən deyib. Vətəndaş saytımıza bildirib ki, o, yaşadığı olayla bağlı dəfələrlə DİN nümayəndəsinə haqqında yalan və saxta ittihamları bir neçə mətbu orqana qəsdli və bədxah niyyətli şəkildə faktları təhrif edərək, təkzib etməsiylə bağlı müraciət etsə də, müraciətləri nəticəsiz qalıb və o, mətbuata ötürülən bu açıqlamadan tamamilə saxta və yalanlardan ibarət olduğu üçün narazı və şikayətçidir, bununla yanaşı, bu cür açıqlama onun hüquqlarının kobud şəkildə pozulmasıdır:
Aygün Əliyeva DİN-in mətbuatda onun haqqında yaydığı informasiyada polisi satıcının deyil, onun çağırması və polisə şikayətindən sonra polisin onu şöbəyə dəvət edib izahat yazdırması və məhkəmə tibbi ekspertizadan keçməsi üçün polisin müraciətinə cavab verməməsindən danışıb:
“Açıqlamada mağazaya satıcının polisi çağırma halı olmayıb, polisi yalnız, vətəndaş Aygün Əliyeva çağırdığı yazılıb. Bununla yanaşı, orada mənə hər hansı fiziki təmas olmayıb. Satıcı Yasəmən Nəsirova mənə toxunmayıb, qolum burulmayıb, əzilməyib. Halbuki, birinci, satıcının polis çağırmasından sonra, “102”-ə müraciət etməyimə görə, işimizə təyin olunan Xətai Rayon 36-cı polis bölməsinin təhqiqatçısı Qabil Hüseynli anamla telefonda danışan zaman kamera görüntülərində mənə xəsarət yetirildiyini etiraf edir, həmçinin, özünü 36-cı bölmənin kapitanı təqdim edən Orxan İsmayılovu tanımadığını bildirir. Əgər belədirsə, niyə kamera görüntüləri ictimaiyyətə və ya mənə təqdim olunmur? Özünü polis kimi təqdim edən kim olub? Niyə Elşad Hacıyev mənim müraciətlərimi özlərinə sərf edən şəkildə cavablayıb? Mən polisi satıcı çağırdıqdan sonra çağırmışam, və onlar mənə mağazadaca ərizə yazdırıb. Mətbuata ötürülən məlumatda polis məni bölməyə çağırsa da, getmədiyim barədə qeyd olunub. Hadisə baş verəndən düz 24 saat keçəndən sonra mənə bir polis əməkdaşı zəng etdi mənə bölmədə izahat yazmağımı və onunla birlikdə məhkəmə-tibbi ekspertizadan keçməyimi istədi. Mən də ona qolumun gipsdə olduğunu söylədim. Yəni ona ekspertizadan keçmək üçün gec olduğunu bildirib, səbəblərini də izah etdim ki, mən onlardan bir sutkaya yaxın geridönüş edilməsini istəmişəm, amma bu müddət ərzində onların mənimlə əlaqə saxlaması olmadığına görə, özüm növbəti gün gündüz saatlarında şəxsi müraciətimlə həm 7 saylı təcili tibbi yardım stansiyasında oldum. Onlar mənim qolumun xəsarətinin ciddiliyinə görə 6 saylı xəstəxanaya, oradan da həm Travmatologiya İnstituna göndərdilər. Beləliklə, qolumu tibbi müayinədən keçirtdiyimi, qolumda da gipsin olduğunu əsas gətirib getmədim”.
O, fikirlərinə bu cür davam edib: “Gerçəkliyə qalanda, bu hadisə “Olivia” mağazalarında baş verən yeganə və birinci hadisə deyil. Mən özüm əvvəlki illərdə müxtəlif sosial şəbəkələrdə “Olivia”-nın ölkə ərazisində fəaliyyət göstərən digər filiallarında da baş verən mənim başıma gələn oxşar olayları çox eşitmişdim. Amma öz başıma gələn ana qədər çox da önəm verməmişdim. Bu hadisəni yaxınlarıma danışanda mənə deyirlər ki, onlar məni yaxından tanımasaydı, danışan başqası olsaydı, deyərdilər ki, bu, bir fantaziyadır. Çoxlarına qəribə gəlir ki, dəyəri 5 AZN olan bir məhsula görə müştərinin vurub qolunu burub, əzib, xəsarət yetirmələri azmış kimi, hələ bir polis də çağırsınlar. İqtisadiyyat Nazirliyinin qərarı var ki, istənilən müştəri aldıdğı məhsuldan narazı qaldığı halda, 14 gün müddətində satış qəbzi ilə birlikdə qaytara və ya dəyişdirə bilər. Mən bu mağazadan mal alıb çölə çıxartmamışam, evə aparıb 14 gündən sonra işlədib qaytarıb gətirməmişəm. Ona görə də “Olivia”-nın əməkdaşlarının mənə göstərdiyi münasibət qanunsuzdur.
Aygün Əliyeva başına gələn hadisənin əslində, bu cür olduğunu deyib:
Mən mayın 16-sı, 2024- cü il, “Həzi Aslanov” metro stansiyası yaxınlığında yerləşən “Olivia” mağazasına müştəri olaraq daxil oldum. Vitrinlərdən birinə yaxınlaşdım, üz gelinin birinin ağzını açdım, məhsulun qapağının içlik hissəsinin örtülü olmadığını olduğunu gördüm. Məhsulun qoxusunu bilmək üçün çox az miqdarda əlimin üstünə çəkdim, bu an gelin su kimi olduğunu ən önəmlisi isə malın üstündə istifadə müddətinin 01.2022 yazılmasının şahidi oldum. Məsələn, məhsul əgər 2022-də istehsal edilibsə, 2024-ün yanvar ayında istifadə müddəti bitir. Bunu bildiyimdən, məhsulu almaq istəmədim. Mən məhsulu yerinə qoyarkən, yanımda dayanan satıcıya bu barədə məlumat verərək: “məhsullarınız istifadəyə yararsızdır”-dedim.
Ümumiyyətlə, yanımda olan satıcı Yasəmən Nəsirova mənə məhsula baxdığım andan hadisə baş verdikdən sonra belə, o məhsulun yoxlama üçün olub-olmadığı barədə hər hansı məlumat verməyib. Orada müşahidə kameraları var, kamera görüntülərinə diqqətlə baxanda mənim ağzı quruluşumdan satıcıya nə dediyim aydın görünür”.
Aygün Əliyeva deyir ki, məhsulu yerinə qoyub mağazanın digər tərəfinə saç boyaları üçün baxıb. Elə hər şey də bundan sonra başlayıb:
“Həmin gün mağazada üç satıcı vardı. Mən geli yerinə qoyduqdan sonra digər məhsullar olan tərəfə keçdim. Digər satıcıdan saç boyalarının olduğu cərgəni soruşub kataloqlarıyla tanış olmaq istədiyimi bildirdim. Mənə mağazada saç boyalarının əksəriyyətinin siyahısının olmadığı deyilir. Mən də məcburiyyətdən, kortəbii şəkildə seçim edib kassaya yaxınlaşdım. Bu an “məhsulunuz istifadəyə yararsızdır” dediyim satıcı mənə bildirdi ki, mən öncə, bayaq baxdığım üz gelinin pulunu ödəməliyəm. O, bunu dedikdə, mən artıq həmin geli almaq istəmədiyimi bildirdim, və belə olduğu halda da, saç boyasının lazım olmadığını da bildirib, məhsulu haradan götürmüşəmsə, elə ora da qoydum. Bundan sonra mağazadan çıxmaq istəyəndə sonradan adını, soyadını “Yasəmən Nəsirova” bildiyim həmin satıcı qəfil qarşıma keçdi və qapını bağlayıb, hər iki qolumdan bərk yapışdı. Qolumun birini bərk buraraq: “Siz birinci, bayaq əlinizə aldığınız gelin 5 AZN pulunu ödəyin, əgər ödəməsəniz, mən polis çağıracağam” deyib məni güclü şəkildə arxaya itələdi. Mən isə müvazinətimi saxlayıb yıxılmadım. Amma həmin vaxtı qolumda bərk xırçıltının olmasını hiss etdim. Mən də razılaşdım. Satıcı müdir otağına getdi, bir qədərdən sonra gəlib mənə dedi ki, o, müdiriyyətlə əlaqə saxlayıb, və ona polis çağırılması barədə göstəriş verildiyini dedi. Beləliklə, Yasəmən Nəsirova polis çağırdı. Mən mağazada satıcının çağırdığı polisi gözlədiyim 15 dəqiqə müddət ərzində həmin satıcı Yasəmən Nəsirova baxılan malın mütləq şəkildə alınmadığı təqdirdə polis çağırılmasının rəhbərliyin göstərişi olmasını, bunun bir qayda kimi həyata keçirildiyini dəfələrlə təkrarladı. 15 dəqiqə keçdikdən sonra satıcı Yasəmən Nəsirovanın çağırdığı hündürboylu polis formasında olan bir nəfər mağazaya daxil olub, nə baş verdiyi ilə maraqlandı. Bu anda həmin satıcı mənim baxdığım məhsulun pulunu vermək istəmədiyimi söylədi. Belə olanda polis formasında olan bu adam mənə: “Hər mağazanın öz qaydası var, burada da belədir, bu mağazada hansı məhsulu əlinə alıb baxırsansa, mütləq ödəniş etməlisən. Burada satıcılıq bir şey yoxdur”-deyib gülünc fikirlər səsləndirdi. Mən də polisə cavab olaraq, dedim ki, qanunvericilik sistemində alınan məhsulun 14 gün müddətində narazı qalınılan halda qəbziylə birlikdə qaytarıla bilinməsi ilə bağlı qanunlar və müddəalar var. Mən bu məhsulu alıb evə aparmamışam, 14 gündən istifadə edib gətirməmişəm, baxdım, xoşuma gəlmədi yerinə qoydum, burada nə var ki? Siz də polis olaraq beş manata görə vətəndaşı incidirsiniz. Polis gördü ki, mənim məhsulu almaq fikrim yoxdur. Bundan sonra polis həmin mənim qolumuburan, polis çağıran satıcı-Yasəmən Nəsirovanı vitrinlərin arxa tərəfinə aparıb onunla bir qədər söhbət etdi. Sonra gəlib mənə bildirdi ki, pulu vermək istəmirəmsə, verməyim: “Mənlik də bir şey yoxdur. Mən mağazanı tərk edim” Belə dedikdə, mən ona narazılıq elədim, və bildirdim ki, kamera görüntülərinə baxılsın. Mənim iştirakımla kamera görüntülərinə baxış keçirilməsiylə bağlı xahiş etdim. Belə dedikdə, həmin polis mənə kamera görüntülərinə baxmaq kimi bir səlahiyyətinin olmadığını bildirib, kamera görüntülərinin əldə olunması üçün ancaq, “102” çağrı xidmətinə müraciət etməyimi dedi. Görüntülərinə baxış keçirməyin onun səlahiyyəti olmadığını deyən polis mağazanı tərk etmək istəyəndə mən kamera görüntülərindən qaçan, polis formasında olan bu şəxsə kimliyi barədə sual verdim. O da mənə cavabında Xətai Rayon 36-cı polis bölməsinin kapitanı Orxan İsmayılov olduğunu söylədi”.
Aygün Əliyeva fikirlərini bu cür yekunlaşdırıb: “Mənim başıma gələn bu hadisə Xətai Rayon Prokurorluğunda araşdırılır, mağazaya satıcının heç bir polis çağırmadığını, Orxan İsmayılov adında polisin mağazaya daxil olmadığını, mənə hər hansı fiziki xəsarət yetirilməməsiylə bağlı yekun yərar çıxarılarsa, özünü Xətai Rayon 36-cı polis bölməsinin əməkdaşı kimi təqdim edın, polis formasında olan şəxsin səs yazılarını DİN-ə xəbərdarlıq edilməklə, ictimailəşdirəcəyəm. Mən sosial şəbəkələrdə şəxsi və Hüquq və başqa digər qruplarda baş verən olayın heç bir montaj olmadan olduğu kimi ictimailəşdirilməsi, mediada yayımlanması xahiş və tələb etsəm də, mənim istəyim bu günə kimi həyata keçirilməyib. Mən bu xahiş və tələbimin yerinə yetirilməsini istəyirəm”.
Xətai Rayon 36-cı polis bölməsindən saytımıza orada Orxan İsmayılov adlı əməkdaşın olmadığını, Xətai Rayonu, Məhəmməd Hadi küçəsində yerləşən Olivia mağaza ərazisinin Roman adlı polis əməkdaşının nəzarətində olduğunu dedilər. Olivia”-nın rəsmi saytındakı nömrələrlə əlaqə saxlayanda “Kontakt Home”-un baş ofisinə düşdüyünə, və “Olivia” əməkdaşlarının şirkətə iş üçün müraciətə görə yalnız Kontakt Home müraciət edilməli olduğunu demələrinə görə, “Kontakt Home”-un mətbuat katibi Vəfa Rüstəmovayla əlaqə saxladıq. Vəfa Rüstəmova aqressiv şəkildə o şirkətlərin bir-birlərinə aid olmadığını deyib. Ona saytda olan nömrələrin, habelə, əməkdaşların da işə qəbul üçün “Kontakt Home”-a müraciət edilməli olduğunu demələri deyilsə də, o, cavab verməyərək, dəstəyi asıb.
“Kontakt Home” -un Hüquq Departamentinin rəhbəri Vurğun Quliyevlə əlaqə saxlasaq da, o, münasibət bildirmək istəməyib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Qafarovla da əlaqə saxladıq. O, mövzuyla bağlı Daxili İşlər Nazirliyinin rəsmi açıqlama yaydığını, başqa açıqlamaya ehtiyac olmadığını bildirib.
İmamət İsmayıl Ədil Bəyli