“Sanksiyalar olacaq və daha sərt olacağıq” (video)

Konqresmen Kristofer Smit Tbilisidə bəyan etdi ki, Azərbaycanda repressiyalar dayanmasa Əliyev hakimiyyətinə qarşı sanksiyalar mütləq tətbiq ediləcək və daha sərt formada

https://www.youtube.com/watch?v=yMRY4SmVJFg

Tbilisidə, konqresmen Kristofer Smitin qatıldığı bu tədbirin təşkilatçıları Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olan RATİ sədri Emin Hüseynov və İMS- nin departament rəhbəri Gülnarə Axundovadır. Smit sözünə keçmiş vicdan məhbusu və bu tədbirdə iştirak edən Rəsul Cəfərovu təbrik etməklə başlayır. 

“İki dəfə, 2013 və 2014-cü illərdə, bir qrup konqresmen və senatorlar, və mən, Əliyevlə onun sarayında görüşdük. Biz bir saatdan çox insan hüquqları barədə danışdıq. Biz şübhəsiz ki, fundamental insan hüquqları, universal insan hüquqları bəyannaməsi, mətbuat azadlığı və söz azadlığı barədə danışdıq.

Biz, xüsusilə dekabrda Əliyevin sənədləşdirdiyi yeni islahat təklifləri ilə daha da pisləşən dini tolerantlıq barədə danışdıq. Biz bildirdik ki, siyasi məhbusların azad edilməsini müsbət qiymətləndiririk, amma hər şeydən əvvəl insanların vəhşicəsinə tutulub içəri atılmasının dayandırılmasını dustaqlarına zad edilməsindən daha önəmli məsələ sayırıq.

Azadlıq Radiosu müxbiri həbs olunanda, bu Amerika Birləşmiş Ştatları və bizim hamımız üçün qayğıları əhəmiyyətli dərəcədə artırdı, çünki bu dəfə Əliyevin korrupsiya əməliyyatları haqqında məlumat verən kimsə, artıq, 7 il yarım müddətinə həbs cəzası almışdı. Mən onun və daha sonradan digər məhbusların azadlıqdan məhrum edilməsini mühakimə etdim.. Daha sonra “Azərbaycan Demokratiya aktı” adlı qanun layihəsi təqdim etməli oldum. Bu layihənin əsası olan və sizə də təqdim etdiyim 4-cü bəndi hökumət rəhbərləri və onların ailələrinin Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini təmin edəcək. Siyasi məhbuslara və başqalarına qarşı bu cinayətləri törədən şəxslərə qarşı düşünülmüş, məqsədyönlü sanksiyaları istədiyimizi bildirmək üçün.

Bakıda belə bir ittihamla təqdim etmək istədilər ki, bu layihəni guya ermənilər hazırlayıb, bu çox gülünc idi.

Bu forumda çox aydın bir şəkildə bildirmək istəyirəm ki, bu layihəni mənim işçilərim və mən yazmışıq. Yalnız bu barədə mətbuata məlumat gedəndən sonra məsələ haqqında Erməni icmasının da xəbəri oldu. Ona görə də, hətta Birləşmiş Ştatlardan biz bu hökümətin necə “Alisa möcüzələr diyarında” nöqteyi-nəzəri olduğunu daha aydın görə bilirik. Onların bu məsələləri niyə qaldırdığımız barədə heç bir fikri yoxdur. Bizim hazırladığımız qanun layihəsini ermənilər gündəmdə saxlaya bilərdilər və Azərbaycan hökuməti də bizi buna görə ittiham etmək fikrinə düşə bilərdi.Amma bu, qətiyyən belə deyildi, və onlar özləri də bunu yaxşı bilirdilər...

Bu qanun layihəsinin əsas nüsxəsi fəxri müəllifi olduğum “Belarusiya Demokratiya Aktı”dır. Bu, Lukaşenko və onun yaxın tərəfdarlarına qarşı Birləşmiş Ştatlar tərəfindən tətbiq edilən bir qanundur. Birləşmiş Ştatlara giriş imkanlarının məhdudlaşdırması baxımından eyni şeyləri əhatə edir və biz bilirik ki, Avropa İttifaqı da məhz bu vəhşilikləri törədənləri məsuliyyətə cəlb etmək üçün Belarusiyaya qarşı bir qrup paralel sanskiyalar qəbul etmişdir.

Sizi əmin edə bilərəm ki, biz öz təbliğatımızı davam etdirəcəyik və bunu daha da sərt formada edəcəyik. Ümid edirəm ki, bu qanun layihəsi qəbul ediləcək. Bu zamana qdərə isə həmin layihənin bəzi məhbusların azadlığa buraxılmasında ən azından müəyyən qədər təsirinin olduğunu deyə bilərəm.

Bəli, bu layihənin də əsasında “Belarusiya Demokratiya Aktı”nın prinsipləri dayanır… .Bu da faktdır ki, Əliyev Birləşmiş Ştatlar’dakı ən yaxşı hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb və onlar bu qanun layihəsinin qarşısı almaq üçün çalışırlar. Amma bu daha əvvəl də baş verib. Mənim həmkarlarım əmin etməyə çalışacaqlar ki, bu cür qanunlar zəruridir və onlar işləyir…

Qanunda müddəalar var ki, əgər hər şey yaxşılaşsa, sanksiyalar da təbii ki, ləğv olunacaq. Sanksiyalar yalnız hamımızın bildiyi kimi müsbət nəticə çıxarmaq üçün ağıllı istifadə olunanda əhəmiyyətlidir və biz bunu təmin etməyə çalışacağıq.

Sizə əməkdaşlığınıza görə təşəkkür edirəm. Bu, qeyri-adidir, bu cür müzakirələr fərqli baxışları ortaya qoyur və biz də bu önəmli dəyişikliklər naminə daha çox çalışacağıq”.

azerbaycansaati.tv