Nə qədər aferist olmalısan ki, vətəndaşa da, dövlətə də eyni əməliyyatla atmağı bacarasan !
“Azal”ın prezidenti Cahangir Əsgərovun millionlarla gəliri olduğu halda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general Bəhruz Quliyevə baş qoşması heç anlaşılan deyil. Adama deyərlər, ə, sən ağsaqqal kişisən, 71 yaşın var, Azaldan gəlirin gəlir, dünyada ən bahalı təyyarə biletlərini Azal satır, aeroportun girəcəyinə də şlaqbaum qoyub əraziyə hər girən-çıxan maşınlardan da pul yığırsan. Azərbaycanda və xarici ölkələrdə biznesin və çoxsaylı əmlakların var. Pulun zibil kimidir, yığmağa yer tapmırsan. 1 ayda neçə million dollar pul qazanırsan. Bu maşennik Bəhruza niyə baş qoşub özünə soydürürsən bu milləti?
Demək, ay camaat, Azal şefi Cahangir gömrükçü Bəhruzla cinayətkar qruplaşma yaradaraq sahibkarları soyurlar. Təyyarə ilə ölkəyə gələn malların gömrük rəsmiləşdirilməsini gömrükçü Bəhruz Quliyev qəsdən müxtəlif bəhanələrlə yubadır, bu 5, bəzi hallarda isə 8-10 ay belə çəkir, bu müddət ərzində də mallar Cahangirin Karqo anbarında qalır. Həmin anbarda isə saxlama haqqı Cahangir tərəfindən bir sutkası hər 100 kq yük ücün 10 manat təyin edilibdir. Bu dəhşətdir. Soruşan da yoxdur ki, ay Bəhruz Quliyev, əgər sahibkarın sənədlərində və ya gömrük dəyəri ilə bağlı problem varsa, bu halda malları niyə dövlətin gömrük anbarında saxlamırsan? Dövlətin gömrük anbarında saxlama haqqı 1 sutka üçün hər 100 kq yükə görə 20 qəpikdir. Sizlərə bildirim ki, Cahangirin anbar müdiri “krısa” ləqəbli Tofiq sahibkarlardan anbar haqqını nəğd şəkildə alır. Bank köçürməsi qəbul etmir. Buradan da belə nəticəyə gəlmək olur ki, sonradan anbarın bank hesabına 20 qəpik kecirib, qalan 9 manat 80 qəpik isə gedir Cahangirlə Bəhruzun cibinə. Həmin hesabdan da Bəylərin və Komitə sədri Səfər Mehdiyevin hesabı ayrı gedir. Bu sxemlə sahibkarları neçə illərdir ki soyurlar. Vergilər Nazirliyi hara baxır? Mərkəzi Bank hara baxır? Ölkədə nəğd pullarla əməliyyatlar aparılır və vergilərdən yayınma var. Niyə Azal məsuliyyətə cəlb olunmur?
Maliyyə Nazirliyi hara baxır?
Cahangir Əsgərov institutu qutaranda An-2 təyyarəsinin pilotu olub. Sonradan ona Tu-134 təyyarəsini sürməyi etibar ediblər. İlk vəzifəsini isə Mütəllibovun dövründə 1991-ci ildə alıb. Onu uçuş heyətinin həmkarlar komitəsinin sədri təyin etmişdilər. 1993-çü ilədək həmin vəzifəni daşıyırdı. Pilotlara pulsuz düşən kurort və sanatoriya putyovkalarını baha qiymətə kənar şəxslərə sataraq pul qazanırdı. 1993-1996-cı illərdə isə Azərbaycan Hava Yollarının Türkiyədə nümayəndəsi olmuşdur. Xalq Cəbhəsinin dövründə yüksək vəzifədə olmuşdur. Amma sonradan Heydər Əliyev onu qovmuşdur. 2008-ci ildə isə İlham Əliyev onu Azalın prezidenti vəzifəsinə təyin etmişdir. Həmin vaxtdan özünə sərvət toplayan Cahangir Əsgərov indi dünyada ən varlı adamlardan biridir. Amma onun sahibkarların da puluna göz tikməsi anlaşılan deyil. Arabaçı Bəhruz hara sən hara?
Arabaçı general Bəhruz Quliyev sahibkarları diriyərək, onlara müxtəlif yollarla təhsir edib, süründürməçiliyə məruz qoyub mallarının bəyannamə qiymətlərini qaldırmağı tələb edir. Bu qanunsuz əməllərinə lazım qəldikdə Komitənin Risk İdarəsinin rəisi gömrük polkovniki Fərid Əliyevi də cəlb edirlər. Yoxlama bəhanəsi ilə sahibkarın mallarını 4-5 ay da Fərid Əliyev anbarda saxlatdırır. Bu qayda ilə sahibkarı müflis edib onların biznesini məhv edirlər. Sonradan isə görürsən ki, həmin bizneslə Səfər Mehdiyevin qohumları məşğul olur.
Səfər Mehdiyevin bu cinayətkar dəstəsinin sahibkarları soymaq ücün bir sxemi də var. Tutaq ki, sahibkar ölkəyə şam gətirir və onu 2 dollardan bəyan edir. Səfər Mehdiyevin şirkətlərindən biri həmin şama oxşar bir başqa şam gətirir və 10 dollardan bəyan edir. Sonra Bəhruz Quliyev çağırır sahibkarı və deyir ki, başqa şirkət sənin malına oxşar malı 10 dollara bəyan edir, sən niyə 2 dollara bəyan edirsən, get bəyannamə qiymətini artır və 10 dollardan yüksək göstər. Sahibkar razılaşmadıqda malları aylarla qalır Cahangirin anbarında. Razılaşdıqda isə ölkədə malların qiyməti qalxır və əhali zülüm çəkir. Vəzifədə olanlar, Cahangirlər, Bəhruzlar, Fəridlər, Səfərlər pul qazanır, ölkə əhalisi isə günü gündən kasıblaşır. Sonra isə Səfər Mehdiyev statistik rəqəmlər göstərərək Prezidenti aldadır ki , gömrük yığımları keçən ilkinə nisbətdə filan qədər artıb. Amma nəyin bahasına buna nail olmasını demir. Prezident isə buna görə həmin cinayətkar qruplaşmanın üzvlərini təltif edir. Nəinki , İlham Əliyev, hətda Rusiya Prezidenti Putin də təltif edir. 2007-ci ildə Cahangir Əsgərov Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubdur. Bunların hamısı rusun adımıdır. Bu dəhşətdir. 500 manatlıq mal gətirən sahibkara, 400 manat gömrük rüsumu ödətdirirlər, 3000 manat anbar pulları ödətdirirlər, sahibkar müflis olur, biznesi batır, ölkədə malların qiyməti qalxır, əhali kasıblaşır, zülm çəkir, vəzifəlilər isə varlanır, orden və medallar alırlar. Sonra da hər yerdə deyirlər ki, Azərbaycan analoqu olmayan ölkədir. Düz də deyirlər. Bu cür biabırçılıq heç bir ölkədə yoxdur.
Azərbaycan Saatı