Ukraynada Ziya, Anar və Elton Məmmədovlar terrorçuluğu maliyyələşdirməkdə suçlanırlar

Ukrayna məhkəməsinin və xüsusi xidmət orqanlarının sənədlərində sabiq məmurlara və Ramiz Mehdiyevin Məmmədovlara qoşduğu adamlarına qarşı ciddi ittihamlar var

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrayna xüsusi xidmət orqanlarına, məhkəmə hakimlərinə niyə minnətçi düşüb?

Azərbaycanın yüksək rütbəli məmurlarının və onlara bağlı dairələrin postsovet ölkələrində böyük biznesləri olduğu məlumdur. Bəzən isə bu məmurlar qruplar halında çalışır, oğurladıqları korrupsiya pullarını bir yerdə daşınmaz əmlaka və böyük biznesə qoyurlar. Bu barədə bu günlərdə bizə Ukrayna hüquq mühafizə orqanlarına yaxın dairələrdən bəzi məlumatlar daxil olub. Məlumatı bizə verən dairə bildirir ki, Azərbaycan hüquq mühafizə orqanları onların general Rövşən Əkbərovla bağlı göndərdikləri sənədləri 20 ildən sonra araşdırdılar. Sual olunur ki, bəs 70-80 yaşları tamamlanmış Ramiz Mehdiyev, Ziya Məmmədov və Elton Məmmədova açılmış cinayət işləri nə vaxt araşdırılacaq? Bu adamlar faktiki olaraq, Ukrayna dövləti ərazisində seperatçılığa dəstək verib, Rusiyanın işğal etdiyi ərazilərdə terrorçu qrupları maliyyələşdiriblər. Bu, Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin (SBU) açdığı 12017100100008734 saylı cinayət işində bütün bunlar detallıca qeyd olunub. Cinayət işində qeyd bildirilir ki, Ukraynada fəaliyyət göstərən TOV “Feraks”, TOV “ASV”, TOV “R.İ.K. Lux ”, TOV“ Ukrskhidinvest ” şirkətlərinin rəhbərləri və onların sahibləri Məmmədov Ziya Arzuman oğlu, Məmmıdov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdyxan oğlu və Eremenko Olqa Aleksandrovna terrorçuluğu maliyyələşdirmək də şübhəli bilinirlər və bununla bağlı kifayət qədər sübut, dəlillər toplanılıb.

Hakim V.A.Pisaneçin məhkəmə istintaqını apardığı cinayət işi üzrə verilmiş qərara əsasən Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlunun, Məmmədovdov Elton Arzuman oğlunun, Ələkbərov Qulam Atdıxan oğlunun və Ukrayna vətəndaşı Eremenko Olqa Aleksandrovnanın fəaliyyəti və bank hesablarına dair araşdırma aparılılıb. Bu araşdırmalar zamanı onlara məxsus şirkətlərin və özlərinin möhürləri, yeddi sim kartlı mobil telefonları, gizli məlumatları cəmləşdirən elektron yaddaş daşıyıcıları (sabit disklər, flaş kartlar və s.), zədələnmiş sənədlər, qeyd lər aparılmış boş vərəqlər, qeyd olunan şəxslərin möhürlərinin vurulduğu boş sənədlər; qaralama qeydləri, dəftərlər, iş qeydləri, sərbəst əlyazma nümunələri və qeyd olunanların imzaları olan sənədlər müsadirə edilərək istintaq üçün götürülüb.

Ukrayna Dövlət Təhlükəsizlik Komitəsinin vəsatəti ilə prokurorlar

12017100100008734 saylı cinayət işi üzrə bir bu

şəxslərə məxsus evlər və ofislərdə axtarış aparıblar. Bu barədə

məhkəmə qərarında da qeyd olunur. Bildirilir ki, Ukrayna

Təhlükəsizlik Xidmətinin (SBU) Kəşfiyyat Departamenti

Mate Zalka küçəsi, 8, mənzil 53 ünvanda yerləşən evlərdə

axtarış aparıb. Eyni zamanda bu daşınmaz əmlakların necə

alındığı ilə bağlı mülkiyyət hüquqları reyestrindən

məlumatları, daşınmaz əmlak obyektlərinin

özgəninkiləşdirilməsinə dair razılaşmaları araşdırmaq üçün

məlumatları toplayıb.

Ziya Məmmədova, Elton Məmmədova, Ramiz Mehdiyevin

nümayəndəsi olaraq payçılıqda təmsil olunan Ələkbərov

Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa

Aleksandrovna Ukrayna Respublikası Cinayət Məcəlləsinin

107, 108, 233, 234, 235, 309 maddələri ilə cinayət işi

açılıb.

757/28405/19-k SAYLI DOSYE

Ukrayna Respublikası Dövlət Təhlükəsizlik Xidmətindəki (SBU) 757/28405/17-k saylı dosyedə çox ciddi məqamlar var. Ukrayna xüsusi xidmətçiləri uzun müddət Məmmədovların ətrafında kəşfiyyat aparıblar. Kifayət qədər qalın olan dosyedə qeyd olunur ki, Ukrayna Baş Prokurorluğunun əməkdaşları istintaq qrupunun rəhbəri, prokuror A.S.Zyuzun vəsatətilə Olqa Aleksandrovna Eremenkonun (Ramiz Mehdiyevin təmsilçisi olduğu bildirilir) yaşayış yerində – Kiyev, Staronavodnitskaya küçəsi, ev 13, eyni ünvanda yerləşən mənzil 36-da Anar Ziya oğlu Məmmədova məxsus evdə məhkəmənin qərarı ilə axtarış aparıb.Bu barədə qərarə Kiyev şəhər Peçerski rayon Məhkəməsinin hakimi V.A.Pisaneç verib. Qərarda qeyd olunur ki, Məmmədovlar və onların şəriklərilə bağlı 12017100100008734 saylı cinayət işi 22 iyul 2017-ci ildə açılıb. Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsinin apardığı cinayət işində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təmir işləri zamanı mənimsəmələrə yol verildiyi, səfirliyin torpaq sahəsinin icazəsiz zəbt olunduğu və Azərbaycan vətəndaşlarının “DNR” və “LNR”-də terror təşkilatlarının maliyyələşdirdiyi aşkarlanıb. Bu istintağa prosessual rəhbərlik Ukrayna Baş Prokurorluğunun bir qrup prokuroru tərəfindən aparılıb. Əməliyyat dəstəyi isə Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin Əks Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilib. Məhkəməyə qədərki istintaq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdyxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olga Alexandrovnanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və “AZUD” MMC-yə (EDRPOU kodu 37217469) sahib olduqlarını müəyyənləşdirilib. Məlum olub ki, onlara məxsus şirkət “Çar sülaləsi” (“Царская династия”) ticari markası altında fəaliyyət göstərib və Ukraynanın nəzarətsiz ərazisində qeydiyyata alınıb. Yəni, Məmmədovlar “DNR” və “LNR”-də terror təşkilatlarının nəzarət etdiyi ərazilərdə biznes fəaliyyətilə məşğul olub, seperatçı rejimlərə vergi ödəmək adıyla maddi yardım ediblər. Onlara məxsus şirkətin qeydiyyat ünvanı olaraq Donetsk bölgəsi, Donetsk şəhəri, Petrovski küçəsi, ev 101V göstərilib.
İstintaq sənədlərində qeyd olunur ki, göstərilən ticarət nişanından istifadə edən bu şəxslər DNR və LNR adlanan ərazilərdə kolbasa, ət və digər qida məhsullarının istehsalı və satışı ilə məşğul olublar. Terror təşkilatlarına vergi və digər müvafiq ayırmaları ödəyiblər.
Beləliklə, ibtidai istintaq orqanı sübut edib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Alexandrovnanın AzUD MMC-nin və “Çar sülaləsi” (“Царская династия”) ticarət markası altında terror təşkilatları – DNR və LNR-nin səlahiyyətlilərinə fond adəyla pul ödəyiblər. Məhz bu səbəbədən də onlar terroru maliyyələşdirmək də, terror təşkilatlarına vergi və haqq vermək də ittiham olunurlar. Daha sonra istintaq aparan prokurorlar qeyd edirlər:

Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Alexandrovnanın AzUD MMC-nin və “Çar sülaləsi” (“Царская династия”) ticarət markası altında terror təşkilatları – DNR və LNR-nin səlahiyyətlilərinə fond adəyla pul ödəyiblər. Məhz bu səbəbədən də onlar terroru maliyyələşdirmək də, terror təşkilatlarına vergi və haqq vermək də ittiham olunurlar. Daha sonra istintaq aparan prokurorlar qeyd edirlər:

Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Alexandrovnanın AzUD MMC-nin və “Çar sülaləsi” (“Царская династия”) ticarət markası altında terror təşkilatları – DNR və LNR-nin səlahiyyətlilərinə fond adəyla pul ödəyiblər. Məhz bu səbəbədən də onlar terroru maliyyələşdirmək də, terror təşkilatlarına vergi və haqq vermək də ittiham olunurlar. Daha sonra istintaq aparan prokurorlar qeyd edirlər:

Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Alexandrovnanın AzUD MMC-nin və “Çar sülaləsi” (“Царская династия”) ticarət markası altında terror təşkilatları – DNR və LNR-nin səlahiyyətlilərinə fond adəyla pul ödəyiblər. Məhz bu səbəbədən də onlar terroru maliyyələşdirmək də, terror təşkilatlarına vergi və haqq vermək də ittiham olunurlar. Daha sonra istintaq aparan prokurorlar qeyd edirlər:

Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Aleksandrovnanın bu cinayət əməli ilə əlaqəli ola biləcəyinə inanmaq üçün kifayət qədər əsas var. Bundan əlavə, Dövlət Təhlükəsizlik Xidməti (SBU) Əks Kəşfiyyat İdarəsi bu şəxslərin Feraks MMC, ASV MMC, R.İ.K.-nin fəaliyyətində mülkiyyətçi, təsisçi, həmtəsisçi, direktor təsbit edib. Lux ”, LLC“ Ukrshidinvest ”və digər müəssisələr də onlara məxsusdur.

SBU Əks Kəşfiyyat İdarəsindən verilən məlumata görə, Olqa Aleksandrovna Eremenkonun qeyd olunan şəxslərlə cinayət əlaqəsinə girdiyi onun Kiyev şəhər Staronavodnitskaya küçəsi, 13 saylı mənzilində və Anar Məmmədova məxsus 36 saylı mənzildə aşkarlanıb.
İstintaq sənədlərində və məhkəmə qərarında qeyd olunur: Qeyd olunanları və Olqa Aleksandrovna Eremenkonun cinayət əməli törədilməsində iştirakını nəzərə alaraq, evlərdə müsadirə olunan sübutlar məhkəməyə təqdim edilib. Eyni zamanda Ukrayna Cinayət Prosessual Məcəlləsinin 234-cü maddəsilə əlavə qərarlar verilib. Dövlət reyestrindən əldə edilən məlumata görə sübutların tapıldığı Kiyev, Staronavodnitskaya küçəsindəki ev 13, mənzil 36-nın sahibi Məmmədov Anar Ziya oğludur. Beləliklə, prokurorluğun Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olga Aleksandrovnanın bu cinayət əməli ilə əlaqəli ola biləcəyinə inanmaq üçün kifayət qədər əsas var.

SBU Əks Kəşfiyyat İdarəsinin məlumatına görə, Olqa Alexandrovna Eremenko-nun yuxarıdakı cinayətlə əlaqəli olduğuna dair komissiyaya ifadə verən əşyalar, əşyalar və sənədlər yerlərindən çıxarılaraq Kiyev, Bolsunovskaya küçəsi, 2 ünvanındakı qeyri-yaşayış yerlərində saxlanıla biləcəyi bildirilib. Həmin obyektin sahibi Məmmədov Ziya Arzuman oğlunun oğlu – Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Anar Ziya oğludur. Anar Məmmədovun adına Kiyev şəhərində 227, 234, 236, 251 saylı binalar var.

Yuxarıda göstərilənləri nəzərə alaraq, prokurorluq qeyd edib ki, Kiyev, Bolsunovskaya küçəsi 2-də yerləşən 227, 234, 236, 251 binalarda aşkarlanan əşyalar və sənədlər əsasən bu şəxslərin terrorçuluğu maliyyələşdirdiyinə inanmaq üçün kifayət qədər əsaslara malikdir. Bildirilir ki, Daşınmaz Əmlaka dair Dövlət Reyestrinin verdiyi məlumata görə, terrorçuluğu maliyyələşdirməyə dair sübutların tapıldığı ünvanın – Kiyev, Bolsunovskaya, bina 2-nin sahibi Məmmədov Anar Ziya oğludur.
İstintaqın sonunda Kiyev şəhər Peçerski rayon Məhkəməsi Ukrayna Cinayət Məcəlləsinin 107, 108, 233, 234, 235, 309- cu maddələrini əsas tutaraq hakim V.A.Pisaneç 4 iyun 2019- cu ildə bu şəxslərin məsuliyyətə cəlb edilməsinə qərar verib. Qərarın nüsxəsi 07 iyun 2019-cu ildə bu şəxslərin nümayəndələrinə təqdim edilib.
Məhz bundan sonra Ukrayna prezidenti Zelenski ilə eyni küçədə və prezidentin evindən dəfələrlə böyük bir sarayda yaşayan Anar Məmmədov Kiyevdəki əmlaklarını satışa çıxarıb. Hər ay Ukraynada qızlarla bahalı əyləncə məclisi düzənləyən Anar Məmmədov indi aradan çıxmağa çalışır. Amma başqa bir məqam var ki, hazırda Ziya və Elton Məmmədovlara, o cümlədən onlarla şərik olan Ramiz Mehdiyevə məxsus əmlak Ukrayna dövlətinin nəzarətindədir. Saxlanılan şəxslər terrorçulara bu şəxslərin göstərişilə yardım etdiklərini bildirirlər. 2019-cu ilin iyun ayında Ukrayna Baş Prokurorluğunun, Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin və Kiyev şəhər Peçerski rayon Məhkəməsinin verdiyi qərara Azərbaycan Respublikasının aidiyyatı qurumlarına göndərilib. Azərbaycan Prokurorluğu sənədləri gizlədərək vaxt udmaq üçün Ukrayna tərəfinə araşdırma apardıqlarını bildirirlər. Belə bir məqamda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova pandemiyanın tüğyan etdiyi bu dönəmlərdə faktiki olaraq Ukrayna hüquq mühafizə orqanlarının qapılarını yağır edib. O, Ramiz Mehdiyevin böyük dövlət adamı, Azərbaycanın qurucularından olduğunu istintaq orqanlarına deyir. Onları hər vasitə ilə ələ almağa çalışır. Dəbdəbəli məclislərə dəvət edir. Ukrayna xüsusi xidmət və prokurorluq orqanlarının rəhbərlərinə edilən bu təkliflər prezident Zelenskiyə qədər çatıb. Məhz buna görə, artıq bəzi dövlət tədbirlərinə Elmira Axundovanı dəvət etmirlər. Çünki Ukrayna üçün DNR və LNR terrorçularını maliyyələşdirənləri müdafiə etmək Ukraynanın düşmənlərini müdafiə etməkdir. Elmira Axundovanın Rusiyanın adamı olduğu məlumdur. Lakin onun açıq şəkildə Azərbaycan dövlətinin maraqlarını deyil, Ramiz Mehdiyevin, Ziya Məmmədovun maraqlarını güdməsi təəcüüb doğurur. Reallıqda isə təəcüüblü heç nə yoxdur. Bu adamlar bütün tapşırıqları Rusiyadan alırlar. Odur ki, dünən terrorçunu maliyyələşirlər, bu gün də diplomat kimi Azərbaycan dövləti adı ilə bu cinayətləri ört-basdır etmək istəyirlər. Məsələ ilə bağlı araşdırmamız davam edəcək.

azerbaycansaatı.tv

 

Turan televiziya kanalının sponsorları siyahısına daxil olmaq istəyirsizmi? O zaman buradan daxil olun:
https://www.patreon.com/azsaat