Bədbəxt korrupsionerlər

Elnur Sadıqov

 

– Müasir dövrdə biznes incəsənət kimi bir şeydir – xüsusi istedad tələb edir. Eyni vaxtda korporativ maraqlarla sosial məsuliyyəti və etikanı bir arada tutmaq bacarığın olmalıdır. İnsanları inandırmaq qabiliyyətin olmalıdır, çevik olmalısan və s. Pulu oğurluqla əldə etmiş insanlarda bu keyfiyyətlər olmur, heç sonradan da bu keyfiyyətləri inkişaf etdirə bilmirsən. Çünki əldə etdiyin kapital yaradılmayıb, oğurlanıb. Oğru mentaliteti insanı yaradıcı, təşəbbüskar (entrepreneur) olmağa qoymur.
Korrupsiya, avtoritarizm ona görə pis deyil ki, ədalətsizdir, birini xoşbəxt, o birini bədbəxt edir. Ona görə pisdir ki, HAMINI bədbəxt edir. AXCP sədrinin bu yazısından –https://www.facebook.com/karimliali/posts/10153704770703848?pnref=story – görürük ki, korrupsionerlərin özləri də bədbəxtdir, xalqlarından oğurladıqları pullar onlara xeyir vermir.
Ona görə də, Azərbaycanda demokratiya və hüququn üstünlüyü bərpa edilməlidir. Bunun üçün ölkənin fəal vətəndaşları AXCP-ə qoşulub, kütləviliklə, birlikdə bu işi görməlidir. Bu, çətin iş deyil. Azərbaycanlılar bir dəfə kütləvi olaraq Xalq Cəbhəsində birləşib, özlərinə müstəqil dövlət qura bilib. Demək, bu işi bu xalq bacarır. İndi də xalq Xalq Cəbhəsində birləşib, demokratik dövlətlərini qura bilər. Xırda təşkilatlarda birləşmək, pərakəndə mübarizəylə bu işi görmək heç vaxt mümkün olmayacaq.