İş adamına qarşı narkotik ittihamı “canlandırıldı”
Qarabağ zonasında tanınmış iş adamlarından biri olan “Qarabağ broyler”in sahibi Nəriman Əliyevmayın 10-da Bakıda həbs olunub. Onun həbsiylə bağlı ilk olaraq belə bir versiya irəli sürülüb ki, iş adamının saxlanılması Beynəlxalq Bankdan aldığı külli miqdarda kreditlə əlaqəlidir. Daha sonra məlum olub ki, Nəriman Əliyev həqiqətən də bankdan 30 milyon manata yaxın kredit götürüb. Lakin onun ödənişində heç bir problem olmayıb və həmin vəsait də bir sıra istehsal müəssisələrinin yaradılmasına sərf olunub. Həmin sahələr elə bu gün də gəlirlə işləyərək, kreditlərin bağlanılmasına imkan verir. Eyni zamanda, alınmış kreditin ödəniş müddəti 2020-ci ildə başa çatır ki, buna görə, iş adamını həbs etmələri inandırıcı görünmür. Bu əsnada başqa bir maraqlı məlumat ortaya çıxıb. Məlumata görə, «Qarabağ Broyler»in rəhbərinin həbsini elə onun əzəli rəqibi olan Füzulinin sabiq icra başçısı Alı Alıyev təşkil etdirib. Bununla bağlı isə tək versiya var. O da Nəriman Əliyevin Füzuli rayonunun icra başçısı olma ehtimalının getdikcə artmasıymış.Amma bu versiya da az inandırıcı görünürdü. Çünki, Nəriman Əliyevlə Alı Alıyevin çox yaxşı münasibətləri olub. Hətta Alıyev Füzuli rayonuna icra başçısı təyin olunandan sonra iş adamını Aybasanlı kəndinə ərazi icra nümayəndəsi təyin edib.
İcra başçısı ilə münasibətləri yaxşı olduğuna görə də biznesini böyüdə bilirdi və məsələn, Zobucuq deyilən qəsəbələrə gedən yolun üzərində Qarabağ Hoteli və İstirahət Mərkəzi də inşa etdirmişdi. Ardından «Qarabağ Broyler» MMC-ni yaradaraq, böyük iş adamına çevrilmişdi. Onun broylerinin açılışında isə İlham Əliyev də iştirak edib lent kəsmişdi…Bu lent kəsmə söhbəti də bir gümanları azdırır. İş adamına yaxın olan çevrədən də təsdiq edirlər ki, İlham Əliyev özünə aidiyyəti olmayan obyektlərin açılışında iştirak etmir. Buna görə də İlham Əliyev Qarabağ Broylerin lentini kəsəndən sonra gözləyib ki, Nəriman Əliyev bu eyhamı anlayıb uyğun addımlar atacaq. Amma biznsemen prezidentin bu jestini anlamayıb və buna görə də hakimiyyətin qəzəbinə gəlib.
Bu yaxınlarda isə iş adamı Nəriman Əliyev “külli miqdarda narkotik” məsələsi ilə bağlı yeni ittihamlar üzrə etiraf edici ifadələr verməyə başlayıb…
Beləliklə, torba tikilib və Qarabağ Broyler keçib rəhbərin şəxsi biznes imperiyasının hüdudları daxilinə. Qarabağ Broylerə əl qoyulması faktını isə iş adamı ilə yaxın münasibətləri olanlar təkzib etməyiblər…
Gəlin Azərbaycana sərmayə qoyun. Köhnə biznesmenlər narkoman çıxır…
azerbaycansaati.org