Azərbaycan korrupsionerləri: qarət, soyğun və elit sutenyorlar!

Anonim cütlük fırtınalar qoparır!

Daha bir dəfə Britaniyada Azərbaycan korrupsionerlərinin pullarına əl qoyuldu.

Londondakı azərbaycanlı cütlük İbiza kurortlarına bahalı modelləri daşıması ilə fərqləndi və diqqəti cəlb etdi!

Bugünlərdə London məhkəməsində davam edən və gizlilik üçün adları X və Y adlandırılan iş aparılır. Britaniya Milli Cinayət Agentliyi, xərclərin bu ölkəyə “brass plate” şirkətləri və Baltikyanı banklardan ibarət bir şəbəkə vasitəsi ilə yayılan təxminən 14 milyon funt-sterlinqlik korrupsiyalaşdırılmış puldan gəldiyini iddia edir. Bunun Azərbaycanda “hakim elita” tərəfindən qanunsuz olaraq əldə edilmiş pulların yuyulması üçün istifadə olunan “direktorlarının uydurma adları olduğu şirkətlərin kanalları” ilə əlaqəli olduğunu və dəlillərin cütlüyün “və ya ondan sonra həyata keçirdiyi ödənişlərdən” faydalandıqlarını iddia etdiyini söylədi. Yəni əslində bu şəxlərin kommisyonçu olduqlarını və birbaşa Azərbaycandakı kriminal pulların mənbəyi olmadığını və Azərbaycanda “hakim elitanın” və “tanınmış şəxslərin” işlərini gördüyü, Seyşellər, Marshall Adaları, Beliz və Hong- Kongda qeydiyyatdan keçmiş digər şirkətləri cütlüyə pul ödəyən şirkətlər siyahısında göstərir. Sxem bir qədər daha mürəkkəb qurulub. Belə ki, işi aparan NCA, cütlüyün Azərbaycandan Londondakı hesablarına birbaşa ödəmələr almaq əvəzinə auditorların diqqətini bir başa cəlb etməyən, bank əməliyyatlarının izilərinin tam yoxlanıla bilməyəcəyi pullarını Estoniya və Latviyada hesabları olan 21 şirkət vasitəsi ilə köçürmədən əldə etdiklərini bildirir. Pullar Azərbaycandan siyashıdakı bu 21 bank və şirkət hesablarına köçürülür, daha sonra isə Britaniyaya bağlı olan hesablara. Bu üsulların “Böyük Britaniyanın hüquq mühafizə orqanlarına tanış olmadığı və cinayət əmlakına aid ola biləcəyi və ya ola bilməyəcəyi”, lakin “cinayət fondlarını təbəqələşdirmək və birləşdirmək istəyənlər üçün çox əlverişli vasitə ola biləcəyinə” diqqət çəkir.

Londonda bir neçə ipotekasız əmlaka sahib olan cütlük, pulun Azərbaycandakı əmlak kirayələrindən əldə etdiyi gəlir olduğunu iddia edirlər. Ancaq NCA bunun əvəzinə “korrupsiya, oğurluq və ya mənimsəmə” gəlirləri olduğunu iddia edir və bir sıra hesab müsadirə əmrləri ilə ələ keçirməyə çalışır. Westminster hakimlərinə cütlükdən birinin Koutts Banka şəxsiyyəti barədə yalan məlumat verdiyini və cütlüyün bu ölkəyə “Azərbaycan çamaşırxanası” sxemi ilə gəldiyini söylədi. hüquq-mühafizə orqanları ilə görüşdükləri zaman sərvətlərinin mənbəyi elan etdikləri kirayə mənfəətlərinin ikiqat olduğunu və bundan əvvəl “Kouttsa elan etdikləri kirayə gəlirlərinin dövriyyəsindən qat-qat çox olduğunu” söyləyir.

Araşdırmalar zamanı üzə çıxıb ki, bu “mərkəz” 2014-cü ilin iyun ayında, yeddi kişi və beş gənc qadın modeldən ibarət bir qrupu İbizaya aparmaq üçün xüsusi bir təyyarə kirayəyə götürdü; ayrıca İngiltərədəki bir sıra özəl məktəblərə və digər təhsil müəssisələrinə də ödəmələr etdi.

Yazının orijinalı burada