Özbək şairə xanım Zöhrə Açilova

Xidmətində ulduzlar – kəniz.
Məhəbbətə yetə bilməz göydə,
O gedər, qalmaqda gül-çiçək, nərgiz.
Tənhalıqda üzməkdə sakitcə,
Yanağında qəmdən düşən dağ.
Şöləsinə bürünər ki yatsın,
Dinclik tapmaz çöllər, çəmən, dağ.
Təkrarlanar daim bu halət,
Yoxa çıxar danda cüssəsi…
Tarlalarda parlaq şehə çevrilməz
Ayın göydən sızan qüssəsi…
Azərbaycan dilinə çevirən: Şahməmməd Dağlaroğlu