Yusuf Aslan (Türkiyə)
Qarabağ deyincə, ağıla burda ,
Tam qara geyinmiş məmləkət gəlir.
Azəri yurduna, bu gözəl xalqa,
Xaincə yapılmış cinayət gəlir.
Qarabağ talandı, dağıldı getdi,
O ellər evindən qovuldu getdi.
Həqiqət, ədalət boğuldu, getdi,
Yerinə şər-böhtan, bəd niyyət gəlir.
Ölkəni istila etdi düşmənlər,
Əsir düşdü uşaq, qoca, gəlinlər.
Ziyalılar qan ağlayar, inildər,
Bilir ki, düşməndən xəyanət gəlir.
Yusif deyər- budur qəmim, kədərim,
Gəl desələr, harayına yetərim.
İstəsələr canım fəda edərim.
Ruhuma , könlümə cəsarət gəlir.
Tərcümə: Əbil Həsənli