Pərinin köynəyi

Henrix Dik (ALMAN YAZARI)

Bir rəssam  bir yay günü yağlı boya ilə günəbaxan şəkli çəkdi. Kətan üzərində qəribə bir şey alınmışdı.Sanki  bir bitki yox, başqa bir şey təsvir edilmişdi. Rəssamın özü çəkdiyi bu şəkildə nəyi təsvir etdiyini anlaya  bilmədi.

Eyni günəbaxanı bir neçə dəfə çəkməyə  cəhd etdi,amma çəkdiyi əsərlərdə gözəl bir şey yox idi.

“Bu gün qəribə bir gündür” deyərək rəsaam düşündü.

Cavab tapmağa çalışaraq qəribə hadisələr, sehr, fəlsəfi həqiqətlər haqqında kitablar tapıb oxumağa başladı.

Cavablar çox idi, amma heç biri şəklin niyə bu qədər qəribə olduğunu izah edə bilmədi. Bir axşam rəssam böyüdücü bir şüşə götürüb  rəsmdəki bütün cizgi izlərini araşdırmağa başladı. Bir neçə saat məşğul olduqdan  sonra yorulub  yatağına uzandı və daş kimi yuxuya getdi. Birdən sanki kimsə onun çiyninə toxundu. Gözlərini açıb heyrət içində donub qaldı, balaca bir pəri başının üzərin uçurdu.   Göy qurşağının yeddi rəngi onun köynəyində canlanırdı. Sarı  rənglə, sanki günəş özü çəkilmişdi, səma mavi rəngin  arasından boylanırdı, yaşıl rəng ağacın yarpaqlarına gözəllik verirdi …

“Bir suala cavab axtarırsan, –  pəri gülümsəyərək dedi, – və bu sənə çətin görünür? Amma əslində bu sadədir. Paltarıma bax.

Rəssam  oyandı və hər şeyi başa düşdü: günəbaxan çəkərkən öyrədilən qaydaları unutmuşdu. Günəşi sarı boya ilə, səmanı mavi boya ilə və  yaşıl boya   ilə yarpaqları rənglədi . Rəsmində göy qurşağının bütün rəngləri vardı. Ləçəkli günəbaxan səbətinin kənarları boyunca  , yarpaqlarının oval ürəkləri olan uzun bir sap üzərində oynayırdı.

Tərcümə edən Əbil Həsənov