Ərəfə günləri

Hasan Goyib (Tacikistan)

Ərəfə günləri

Ərəfə günləri məhəbbət ilə,
Könül qapıların açın taybatay.
Ürək ağrıtmayın hətta bilmədən
Hamıya eləyin yaxşılığı pay.

Ərəfə günləri dostlar, istəyi,
Aralı tutmayın bir-birinizdən.
Ancaq yaxşılığın gül-çiçəkləri,
Çıxsın həya ilə ürəyinizdə

Yeni il arzusu
Ömrümüzün ağacından qəfil qopdu.
Qalmaqdadır hələ bircə yarpağımız.
Yaradana biz şükürlər etməliyik,
Heç sönməsin qəlbdə ümid çırağımız.

Diləyim bu: Yeni ildə hamımızdan,
Savab işlər, hə də şirin sözlər qalsın.
Ötən çağı xatırlasaq , qayğı deyil,
Ürəklərdə xoş işlərdən izlər qalsın.

Güllərin təbəssümü

Güllər təbəssümün görmüsüzmü siz? –
Gözəl təbəssümlə gülürlər güllər.
Onların söhbətin heç dinləmisiz?
Ürəkdən gülməyi bilirlər güllər!

Güllər təbəssümün görmüsüzmü siz?
İnsana yaxşılıq saçarlar onlar.
Bəxş edər rahatlıq, bəxş edər şadlıq,
Beləcə yaşayıb açarlar onlar.

Güllər təbəssümün görmüsüzmü siz?
Səmimi gülüşlə gülərlər güllər.
Saxtakarlıq bilməz, yalandan gülməz,
Yalan təbəssümdən ölərlər güllər