Köpəklərin dostluğu

Əbil Həsənov

Bir kəndlinin  böyük bir təəssərüfatı vardı. Təsərrüfatında xeyli iri və xırda buynuzlu ev heyvanları və müxtəlif ev quşları saxlayırdı. Onun var dövlətini həyənindəki köpəklər qoruyurdu. Köpəklərin qorxusundan həyətə nəinki tülkü və çaqqal, heç canavar da  yaxınlaşa bilmirdi.Köpəklər kəndliyə sədaqətlə qulluq edir və bir-biriləriylə mehriban dolanırdılar. Həyətin hansısa tərəfindən səs gəlsə,  köpəklər hürərək dərhal  səs gələn tərəfə qaçırdılar. Kəndli hər axşam heyvanları yemləyər, köpəklərə yal verib gedib rahat yatardı.

Ac və hiyləgər tülkü isə hər gün gəlib divardan boylanıb toyuqlara həsrətlə baxar,  ancaq  köpəklərin qorxusundan həyətə yaxın düşə bilməzdi. Tülkü toyuqları yemək üçün müxtəlif hiylələlər fikirləşir, lakin çıxış yolu tapa bilmirdi.

Günlərin bir günü tülkü yenə ac-yalavac gəzə-gəzə kəndlinin təsərrüfatının yaxınlığına gəlib çıxdı. Gözünə çoxlu sür-sümük sataşdı. Sümükləri gəmirsə də ağzına bir şey getmədi. Birdən ağlına nə gəldisə cəld sümükləri götürün həyətə doğru qaçmağa başladı. Onu görən itlər hürərək ona tərəf getdilər. Tülkü ağzındakı sümüyü itlərə tərəf atdı. Bunu görən itlər sümüyü yeyə bilmək üçün bir-biri ilə dalaşmağa başladı. Onlar bir-birlərini al qana qərq etdilər. Tülkü bundan istifadə edərək hindən bir xoruz götürüb meşəyə tərəf qaçdı.

Həmin gündən sonra itlər daha əvvəlki kimi mehriban olmadılar. Onlar artıq iki düşmən idi. Tülkü hər dəfə acanda eyni şəkildə itləri dalaşdırar və asan şəkildə istədiyini alar və sakitcə uzaqlaşardı.