AND Mehriban Əliyevaya qarşı iddia qaldırdı!

Azərbaycanda insan haqlarının dözülməz vəziyyəti, avtoritar rejimin gündən- genə bərkiyən və sərtləşən qaydaları (qaydasızlıqları) ölkə ictimaiyyətini narahat edir. Repressiyalar Azərbaycanda cəmiyyətlə dövlət arasında uçurumu genişləndirir və əlbəttə, bu repressiyaların başında prezident və onun komandası dayanır. Bunu nəzərə alaraq AND hərəkatı Azərbaycanda icra hakimiyyətinin ən təsirli fiquru olan Mehriban Əliyevanın müxtəlif yollarla ələ keçirdiyi beynəlxalq titulları şübhə altına qoyan kampaniyaya başlayıb.

AND Mehriban Əliyevanın Fransada Nikola Sarkozinin prezidentliyi dövründə ala bildiyi Legion ordeninin ləğv edilməsi məqsədilə ictimaiyyətə ünvanlanan petisiya yaradıb və bu mükafatı müəyyən edən Komissiyaya müraciət göndərib. AND sədri Qənimət Zahid bu petisiya barədə öz facebook profilində belə yazıb:

“Dostlar, İlham Əliyev Novruz tonqalı başında and içib əhd bağladı ki, koronavirus adlı bəşəri təhlükənin yaratdığı yerli və beynəlxalq qayğılardan sui-istifadə edərək Azərbaycanda müxalifətin kökünü kəsəcək. Bu, onun nəzərdə tutduğu tədbirlərdir. Biz də öz tərəfimizdən başqa tədbirlərə baş vurmaqla dünyaya sübut etməliyik ki, insan haqlarının qənimi olan bu hakimiyyətin repressiyalarının başında yalnız İlham Əliyev yox, həm də onun ən yaxın çevrəsi, eləcə də müavini xanım Mehriban Əliyeva dayanır.
Bunu nəzərə alaraq, xanım Mehriban Əliyevanın bizə bəlli olmayan yollarla sahibləndiyi beynəlxalq mükafatların, titulların geri alınması üçün təşəbbüslər göstərək. Bu günlərdə sayğılı Tofiq Yaqublunun şərlənərək həbs edilməsi bir daha göstərir ki, İlham Əliyev və onun müavini bütün vasitələrdən istifadə edərək «Novruz andı»na sadiq qalacaqlar.
Biz də israrlı olmalıyıq. Bu məqsədlə ilk petisiyanı yaratdıq. Bu petisiya xanım Mehriban Əliyevanın «Şərəf Legionu ordeni»ndən məhrum edilməsini nəzərdə tutur. Biz bu kampaniyanı yalnız bu imza kampaniyası ilə deyil, eləcə də başqa, daha real vasitələrlə də davam etdirərək məqsədə nail olmaq əzmindəyik.
Bu petisiyanı imzalamağınızı xahiş edirik. Söhbət, sadəcə olaraq birinci xanımın deyil, məhz, icra hakimiyyətinin iki başçısından biri olan birinci vitse- prezident Mehriban Əliyevanın haqsız olaraq təltif edildiyi beynəlxalq mükafatlardan məhrum edilməsi üçün beynəlxalq kampaniyadan gedir. Bizə uğurlar!”.

Petisiyanı imzalamaq üçün buradan daxil ola bilərsiz