İyul ayının 14-də Şəki Xan Sarayının önündə qədim çinar ağacının budağının qırılıb düşməsi nəticəsində yerli və xarici turistlər də daxil olmaqla 19 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı. Əvvəlcə baş vermiş hadisənin qısa xronologiyasına nəzərə salaq:
Baş vermiş hadisə nəticəsində ağır xəsarət alanlardan biri – Xatirə Ağamalıyeva hadisədən 1 gün sonra, bazar ertəsi vəfat edib, bunu Səhiyyə Nazirliyi bildirib.
Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstənin vəziyyətini ağır qiymətləndirmişdi. Ona “sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok” diaqnozu qoyulmuşdu.
Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının budağının aşması nəticəsində yaralanmış digər şəxslərdən bəzilərinin də vəziyyəti ağır idi.
Səhiyyə Nazirliyinin məlumatına görə, onurğanın qapalı travması diaqnozu ilə müalicə alan digər yaralı Elxan Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilmişdi.
Nazirlik bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.
Azərbaycan Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında deyilib ki, “1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüb”.
Qurumdan bildirilib ki, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və onlar Şəki mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
“Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər”, – məlumatda deyilib.
Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlar:
-
İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq)
-
Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda),
-
Farik Həsən (sol incik sümüyünün sınığı),
-
Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) – helikopterlə klinik tibbi mərkəzə (KTM) göndəriliblər.
-
Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) – xəstəxanada vəfat edib.
-
Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
-
Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.
Mənbə: Səhiyyə Nazirliyi
“FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar”, – məlumatda qeyd olunub.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun, FHN-in və Səhiyyə Nazirliyinin qaynar xətt telefon əlaqə mərkəzləri yaradılıb.
Sənəddə qeyd olunduğuna görə, baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi Azərbaycan prezidentinin nəzarətindədir.
“Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluq və FHN-in məlumatında belə deyilib.
Səhiyə Nazirliyinə istinadən yayılmış bəzi məlumatlara görə, xəsarət almış 19 nəfərdən 5 nəfəri Suriya vətəndaşı, 2 nəfər Rusiya vətəndaşı, qalanları isə Azərbaycan vətəndaşlarıdır.
Hadisə ilə bağlı apardığımız araşdırmalar bizi bir neçə məntiqi suala cavab verməyə məcbur edir:
– niyə FHN-in helikopterləri vasitəsilə Şəkiyə ezam olunan Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq həkimləri 19 nəfər yaralıdan yalnız Suriyadan olan orta və yüngül dərəcəli xəsarət alanları helikopterlərlə Bakıya gətirdilər? Doğrudanmı ən ağır xəsarət almış Xatirə Ağamalıyevanı həmin təcrübəli həkimlər Bakıya gətirib onun həyatını xilas edə bilməzdilər? Niyə, Xatirə Ağamalıyevanı “Prezidentin nəzarətində” olan bu hadisədə xəsarət almış ağır xəstəni elə bir xüsusi şəraiti olmayan, dərmanları xəstə sahiblərinə pulla aldıran Şəki Rayon Mərkəzi Xəstəxanasında saxlamalı idilər?
FHN-in Şəkiyə gəlmiş helikopterlərində ağır xəsarət almış azərbaycanlı xəstələrə yer olmadımı?
Məlumatlı mənbə bildirir ki, xəstələrin Şəki RMX-nın reanimasiya şöbəsindən təcili yardım avtomobilləri vasitəsilə FHN-nin helikopterlərinə daşınması zamanı Xatirə Ağamalıyeva xərəyə mindirilərkən Bakıdan gəlmiş həkimlər “bu xarici vətəndaşdırmı?” deyə soruşublar. “Yox” cavabı alınan kimi Xatirənin xərəkdən düşürərək yenidən çarpayıya qoyulmasına göstəriş verilmişdir. Ağır xəstəyə nəzarət edən rayon həkimləri və rəhbərlik isə ağızlarına su alıb baş verməkdə olan faciəni passiv tamaşaçı kimi seyr ediblər. Və təbii ki, heç bir təcili tibbi ləvazimatla, dava-dərmanla təchiz edilməyən reanimasiya şöbəsində Xatirə Ağamalıyevanın yaşama şansı 0-a bərabər idi. Çox təəssüflər olsun ki, Azərbaycanlı ziyalı Xatirə Ağamalıyeva- baş vermiş hadisə zamanı sümük sınığı xəsarəti almış bir insan Səhiyyə Nazirliyinin səriştəsizliyi, məsuliyyətsizliyi ucbatından həyatını itirdi. Belə nəticəyə gəlirik ki, digər xəsarət alan azərbaycanlılar da Xatirə kimi ağır sınıq xəsarətləri alsaydılar, hadisənin “prezidentin nəzarətində” olmasına baxmayaraq hamısı göz görə- görə həlak olmalı idilər. Qısası, bu hadisə bir daha onu sübutladı ki, regionlarda avtoqəzalarda, bədbəxt hadisələr zamanı insanlar travmatik xəsarətlər alarsa, onların rayon xəstəxanlarında müalicə üçün yerləşdirilməsi bəri başdan mənasız və faydasız sayılmalıdır.
Bu arada məlumat üçün bildirək ki, dövlət büdcəsindən Şəki Rayon Mərkəzi Xəstəxanasına hər il 1.3 milyon manatlıq dərman və başqa tibbi preparatlar alınır. Hər il keçirilən tenderlərdə isə Şəki RMX-na 7.3 milyon manat pul ayrılır ki, bu vəsaitin əsas hissəsi, 6.3 milyon manatı “Şəki Səyyar Tikinti-F” MMC-yə həvalə olunur. Qalanı isə spiker Oktay Əsədovun qardaşı oğluna məxsus olan “Arash Medical Clinik” MMC-yə verilir. Yəni, mədəni şəkildə desək, Şəki RMX-da tender oyunbazlığı keçirilir. İndi kimsə deyə bilərmi ki, 2019-cu il üçün Şəki RMX-nın strukturlarının təmir-tikintisi adı altında ayrılan 6.3 milyon manatın hara və necə xərcləndiyini görüb? Kim görübsə məlumat versin.
Əsas “təmir-tikinti əməliyyatı” isə prezidentin 4 il 7 ay əvvəl verdiyi göstərişə əsasən M.Hacıyev adına Şəki RMX-nın köhnə korpusuna çəkilmiş tezalışan maddədən olan üzlüklərin sökülməsi olmalı idi. Çox təəssüflər olsun ki, prezidentin bu tapşırığı da qulaqardına vuruldu. Yalnız ictimai təpkilərdən sonra cəmi bir neçə həftə bundan əvvəl hansısa kommersiya qurumlarının hesabına bu söküntü işlərinə başlanılmışdır.
Şəkidə dövlət tenderlərini kimlər udur? – ADLAR, SİYAHI
13:118 Fev 2019
Şəkidə dövlət təşkilatları tərəfindən ötən il keçirilən tenderlərin nəticələri açıqlanıb.
FED.az TENDER xəbər verir ki, raonda ötən il 63 tender keçirilib. Keçirilən 63 tenderin ümumi məbləği 6 mln 621 min 183 manat təşkil edib.
Rayonun dövlət təşkilatları tərəfindən ən yüksək məbləğdə müqavilə “Səyyar Tikinti F” MMC ilə olub. Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bu şirkətlə bağlanan 3 müqavilənin ümumi məbləği 3 mln 126 min 894 manat olub.
Maraqlısı ondan ibarətdir ki, “Tender Çempionu” olan “İnpeks.N” MMC ilə 1 mln 257 min 571 manat dəyərində 20 müqavilə imzalanıb. Bu müqavilələrdən 8-i Şəki Rayon Mərkəzi Xəstəxanası, 2-i Şəki Pedoqoji Kolleci, 8-i Şəki Şəhər İcra Hakimiyyəti və qalan 2-i Şəki Regional Mədəniyyət İdarəsi ilə imzalanıb.
Ümumən “Səyyar Tikinti F” MMC və “İnpeks.N” MMC şirkətləri tərəfindən bağlanılan müqavilələrin məbləğinin ümumi məbləğdə payı 66,22%-dir.
Ən az məbləğdə müqavilə “İnvest-Plus” MMC və Şəki Rayon Mərkəzi Xəstəxanası arasında imzalan 1,8 min manatlıq müqavilə olub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Şəki Şəhər İcra Hakimiyyəti | Azərdövlətlayihə DBLİ | Şəki şəhər ərazisinin (30ha) müfəssəl planının hazırlanması işləri | 39 870 |
Şəki Şəhər Polis Şöbəsi | Buruz-2018 MMC | Dəftərxana və təsərrüfat malları | 35 000 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | Volqa-499 MMC | Kommunikasiya xətlərinin təmiri işləri | 8 910 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | Tibbi Texnikanın Təmiri MMC | Tibb və məişət avadanlıqlarının yoxlanılaraq texniki rəyin verilməsi, istismara yararsız avadanlıqların sökülməsi və hissələrə ayrılması işləri | 4 100 |
Şəki Şəhər İcra Hakimiyyəti | Azin Construction MMC | Şəki Şəhərində inşa ediləcək 48 mənzilli yaşayış binasının layihə-smeta sənədlərinin hazırlanması işləri | 49 259 |
Şəki Şəhər İcra Hakimiyyəti | Səyyar Tikinti MMC | Şəki Şəhər 4 nömrəli uşaq bağçasının cari təmiri işləri | 36 550 |
Şəki Şəhər İcra Hakimiyyəti | Səyyar Tikinti MMC | Şəki Şəhər 4 nömrəli uşaq bağçasının əsaslı təmiri işləri | 14 433 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | Sirika MMC | Yanacaq üçün taxta qırıntısı | 7 000 |
Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya | Alov Mühafizə MMC Nərimanov filialı | Mühafizə xidməti | 29 040 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | F/Ş: Məmmədrzayev Taleh Əliheydər oğlu | Avtomobil ehtiyat hissələri | 8 239 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnvest-Plus MMC | Tibbi tullantılar üçün pasportların hazırlanması işləri | 1 800 |
Şəki Şəhər İcra Hakimiyyəti | Səyyar Tikinti F MMC | Şəki şəhərində 2018-ci il ərzində çoxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin təmiri və aparılacaq abadlıq işləri | 1 775 729 |
Şəki Apellyasiya Məhkəməsi | Toyota Abşeron Center MMC | Minik avtomobili | 55 000 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Çap məhsulları | 32 391 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Əyani vəsaitlər | 32 509 |
Şəki Regional Mədəniyyət İdarəsi | Piramida-F.R MMC | Şəki Regional Mədəniyyət İdarəsinə aid olan obyektlərdə cari təmir işləri | 145 345 |
Şəki Şəhər İcra Hakimiyyəti | Təmir İnşaatçı MMC | Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binasında cari təmir işləri | 11 812 |
Şəki Tibb Kolleci | Sirika MMC | Cari təmir işləri | 29 988 |
Şəki Regional Mədəniyyət İdarəsi | Sirkon MMC | Təsərrüfat malları | 30 968 |
Şəki Regional Mədəniyyət İdarəsi | Sirkon MMC | Mətbəə xərcləri üzrə | 17 310 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | Şəki Səyyar Tikinti F MMC | Əsaslı təmir işləri | 156 462 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | Şəki Səyyar Tikinti F MMC | Cari təmir işləri | 63 179 |
Şəki Pedoqoji Kolleci | İnpeks.N MMC | Cari təmir işləri | 29 699 |
Şəki Pedoqoji Kolleci | İnpeks.N MMC | Əsaslı təmir işləri | 39 700 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Digər maşın və avadanlıqlar | 81 025 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Digər maşın və avadanlıqlar | 74 040 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Avadanlıqlar | 173 520 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Bərk inventarlar | 202 000 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Yumşaq inventarlar | 140 398 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | İdarənin digər xərcləri üzrə | 58 830 |
Şəki Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Dəftərxana və təsərrüfat malları | 72 260 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Sair xərclər üzrə | 10 183 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Digər alışlar və xidmətlər üzrə | 6 109 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Avadanlıq | 12 450 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Bərk inventarlar | 30 833 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Yumşaq inventarlar | 36 117 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | İdarənin digər xərcləri üzrə | 20 420 |
Şəki Şəhər İcra Hakimiyyəti | İnpeks.N MMC | Dəftərxana və təsərrüfat malları | 21 797 |
Şəki Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC | Yumşaq inventarlar | 60 990 |
Şəki Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC | Avadanlıqlar | 122 300 |
Şəki Regional Mədəniyyət İdarəsi | Qarabulaq MMC | Tədbirlərin keçirilməsi işləri | 64 263 |
Şəki Regional Mədəniyyət İdarəsi | Qarabulaq MMC | Odun yanacağı | 101 812 |
Şəki Regional Mədəniyyət İdarəsi | Qarabulaq MMC | Dəftərxana ləvazimatları | 103 064 |
Şəki Tibb Kolleci | Sirika MMC | Cari təmir işləri | 24 975 |
Şəki Şəhər İcra Hakimiyyəti | Volqa-499 MMC | 2018-ci il ərzində Şəki şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq, respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərində iştirak edən qonaqlar üçün mehmanxana və restoran xidmətləri | 151 450 |
Şəki Şəhər İcra Hakimiyyəti | 12 № li Yol İstismarı MMC | Yolların əsaslı təmiri işləri | 618 114 |
Şəki Şəhər İcra Hakimiyyəti | Bərpa Tikinti A MMC | Abadlıq işləri | 299 488 |
Şəki Şəhər İcra Hakimiyyəti | Səyyar Tikinti F MMC | Mənzil fondunun əsaslı təmiri işləri | 209 901 |
Şəki Şəhər Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğu | Sirkon MMC | Tərtibat işləri | 49 496 |
Şəki Şəhər Qarışıq Tipli Uşaq Evi | CC-Standart MMC | Bərk inventarlar | 7 939 |
Şəki Şəhər Qarışıq Tipli Uşaq Evi | CC-Standart MMC | Taxta qırıntısı | 8 853 |
Şəki Turizm İnformasiya Mərkəzi | F/Ş: Məmmədova Mehriban Qurban qızı | Mətbəə məhsulları | 7 460 |
Şəki Subartezian Quyularının İstismarı İdarəsi | Qaya Müstəqil Kiçik Müəssisəsi | Elektrik avadanlıqları | 23 000 |
Şəki Subartezian Quyularının İstismarı İdarəsi | Qaya Müstəqil Kiçik Müəssisəsi | Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələri | 9 306 |
Şəki Subartezian Quyularının İstismarı İdarəsi | Qaya Müstəqil Kiçik Müəssisəsi | Əsaslı və cari təmir işləri üçün mal-materiallar | 129 149 |
Şəki Regional Mədəniyyət və Turizm İdarəsi | Sirkon MMC | Tədbirlərin təşkili işləri | 20 000 |
Şəki Şəhər Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğu | Sirkon MMC | Daş divarın hörülməsi və sanitar qovşağının əsaslı təmiri işləri | 9 940 |
Şəki Apellyasiya Məhkəməsi | F/Ş: Musayeva Ulduz Telman qızı | Kompüterlərə servis xidməti | 2 502 |
Şəki Apellyasiya Məhkəməsi | Tunc MMC | Təsərrüfat malları | 1 202 |
Şəki Apellyasiya Məhkəməsi | F/Ş: Axundova Ülviyyə Radim qızı | Dəftərxana ləvazimatları | 5 171 |
Şəki Şəhər İcra Hakimiyyəti | Səyyar Tikinti F MMC | Şəki Şəhərində ictimai yaşayış binalarının təmiri və ətrafinda abadlıq işləri | 921 623 |
Şəki Şəhər İşıqlanma İdarəsi | F/Ş: Hacıməmmədov Vüqar Abdulcəlil oğlu | İşıqlanma işləri üçün mallar | 48 500 |
Şəki Şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya | Alov Mühafizə MMC Mingəçevir filialı | Mühafizə xidməti | 26 400 |
Şəkidə baş verən və davam edən tender oyunbazlığına isə Azərbaycan Respublikasının Hesablama Palatası nədənsə hələlik heç bir reaksiya vermir. Amma istəsə bir dəstə inşaatçı ekspert qrupunu göndərməklə dövlət vəsaitinin nə qədər hissəsinin talan olunduğunu aşkarlaya bilər. Əgər istəsə.
Rəhmətlik Xatirə Ağamalıyevanın isə illərlə ödədiyi vergilərə görə alınmış FHN-nin helikopterləri onun həyatını xilas etmək istəmədi. Görünən isə bu oldu ki, Suriyalı qaçqın turistlərin həyati təhlükəli xəsarətləri olmasa belə- daha qiymətli imiş, onlara Səhiyyə nazirliyi yüksək tibb xidməti göstərdi. Yerdə qalan azərbaycanlılar ölsə də olar, qalsa da.
Məmməd ƏHMƏDĞLU