Vitse-Diktator Kreml “podiumu” üçün məxsusi üz əməliyyatı etdirib?

Əslində, vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri ötən həftənin gündəm mövzusu olmalıydı. Ölkənin siyasi taleyi baxımından yanaşsaq, səfərin pərdə arxasında gizli məqamlar dayanır. Amma sosial şəbəkələrdə apardığımız monitorinqdən belə bir nəticəyə gəldik ki, insanlar görüşün siyasi tərəfindən çox, birinci ledinin bahalı geyimlərini və yeni plastik üz əməliyyatını müzakirə edir. İqtidar mətbuatı ənənəsinə uyğun olaraq, səfər haqqında pafoslu reportajlar versə də, müxalif media qurumları bu mövzuda ciddi müzakirələr açsa da, böyük çoxluq vitse-prezident xanımın xüsusi olaraq Kreml üçün etdirdiyi yeni plastik üz əməliyyatını gündəm mövzusu edib. Sosial şəbəkə istifadəçilərinin hesablamasına görə, Əliyeva bu qısamüddətli səfərdə “podiuma” düz beş dəfə ən yüksək brendlərdən olan bahalı fərqli paltarlarda çıxıb. Hətta FB-də “orden neçəyə başa gəlib” mövzusunda açılmış müzakirədə sosial şəbəkə fəalları “ordeni bilmirik, amma səfər hazırlıqları, təzə paltarlar və yeni plastik üz əməliyyatı ən azı yarım milyona başa gəlib” deyə cavab yazıblar. Deyilənə görə, xanım Əliyeva bu səfərə ordenlə təltif edildiyi avqustdan bəri məxsusi hazırlıq görürmüş. Vitse-prezident yeni estetik üz əməliyyatını da məxsusi Kreml “podiumu” üçün etdirib. Əməliyyat Avropa ölkələrinin birində edilib, yeni imicə ödənilən məbləğ sirr olaraq saxlansa da, ortada fantastik rəqəmdən söhbət gedir. Üstəlik, bunun vitse-prezidentin 38-ci plastik əməliyyatı olduğu deyilir və belə riskli hallarda həkimlər qiyməti bir az da yuxarı qaldırırlar. Ola bilməzmi? 2010-cu ildə yayımlanan “WikiLeaks” sənədlərində Əliyeva haqqında yazılanları və ondan sonra xanımın dəfələrlə imic dəyişdiyini nəzərə alsaq, hardasa deyilənlər doğru çıxır. “Birinci xanım Mehriban Əliyeva indiyə qədər xarici ölkələrdə çox sayda plastik əməliyyat keçirib və hətta Qərb dünyasında belə “provakativ” sayılacaq paltarlar geyinir…Əliyeva o qədər estetik əməliyyat keçirib ki, uzaqdan baxdığınız zaman qızlarıyla dəyişik sala bilərsiniz. Amma yaxına gəldiyiniz zaman qadının üz əzələlərini hərəkət etdirə bilmədiyi açıq fərq edilir.” Moskva görüşlərində vitse-prezident xanımın yaxından çəkilmiş fotolarına baxsanız, fərqi siz də aydın görəcəksiniz. Xanım Əliyevanın Kreml “podiumuna” yeni üzlə getdiyi açıq ortada…

Siyasətə girməyin Əliyeva formulu

Səfərlə bağlı gündəmə mövzu olan məsələlərdən biri də vitse-prezidentin yeni brend geyimləridir. Şübhəsiz, Mehriban Əliyeva bu paltarları da xüsusi olaraq Kreml səfəri üçün sifariş etdirib. Onun hansı bahalı brendlər geyindiyini dünya mətbuatı bizdən yaxşı bilir. O yazılardan bildiyimizə görə, Əliyevalar “Balmain”, “Alexander McQueen”, “Herve Leger” və “Dolce&Gabbana”nın ən yaxşı müştərilərindən sayılır. “Əliyeva qızları ilə birlikdə dünyanın moda ikonları arasında yer alır. Onlar London, Moskva və Nyu-York və Bakı arasında bir moda şəbəkəsi qurublar. Əliyevalar həm də “Hermes Birkin”dən ən lüks çantaların kolleksioneridirlər. Əliyeva “Escada”dan “Armani”yə qədər bir çox moda nəhənglərini ölkəyə gətirdib.” Bunu ailənin mətbəxinə yaxşı bələd olan bir Türk jurnalisti yazıb. Amma birinci ledi və qızlarının çılğın “şoppinq” xəstəliyi olduqlarını da bilməyən yox. Hətta iki il əvvəl yaxın dostlarımız Almaniyanın “Şeraton” hotelində qaldıqları zaman maraqlı bir hadisənin şahidi olmuşdular. Hoteldə xidmət göstərən rus kökənli xidmətçi Mehriban Əliyevanın ora tez-tez gəldiyini və qızları ilə birlikdə günlərlə acgözcəsinə alış-veriş etdiklərini demişdi. Aldığımız xəbərə görə, Mehriban Əliyeva Moskva səfərində də vaxt tapıb alış-veriş mərkəzlərinə baş çəkməyi unutmayıb. Necə olsa, qadının “şoppinq” tutqusu var, getdiyi yerdən əliboş qayıtsa, depressiyaya düşər. Bir də Əliyevaların Rusiyanın paytaxt şəhərində də öz geyim mağazaları olmamış deyil. Görünür, birinci ledi budəfəki səfərində “həm ziyarət, həm ticarət” məsəlini rəhbər tutub yola çıxıb. Ziyarət ziyarət yerində, ticarət də ticarət yerində. Amma pərdə arxasında başqa söhbətlər var. Belə görünür ki, Kreml “podiumuna” Azərbaycandan yeni bir üz çıxır. İronik olsa belə, bu, Mehriban Əliyevanın yeni plastik üz dəyişimi ilə də üst-üstə düşür. Bütün bu gözəllik hirsi, riskli estetik əməliyyatlar, brend geyimlər, bahalı aksessuarlar – hamısı siyasət üçünmüş, demək ki. Bunu da özünü zorla siyasətə pərçimləməyin Əliyeva formulu sayarıq.

azerbaycansaati.tv