Dövlət terroru dayandırılacaq!

Qənimət Zahid

 

Facebookda bəzi statuslara rast gəlirəm. Yazırlar ki, “Bundan sonra Azərbaycan Saatı bu hakimiyyətə qənim kəsiləcək”, filan. Bu mövqelərdə alt məna çaları axtarmaq istəmirəm, amma bildirirəm ki, Azərbaycan Saatında heç bir dəyişiklik olmayacaq. Mənim qohumlarım terrorun girov götürdüyü onlarla- yüzlərlə Azərbaycan vətəndaşlarından fərqli statusa sahib deyillər. Azərbaycan Saatı necə varsa, elə də davam edəcək. Bəyəm, biz öz qohumlarımızın qisası üçün bu yoldayıq? Bəyəm biz öz qohumlarımızın rifahı üçün mübarizələrə atılmışıq? Biz hamımız əhədi kəsilməkdə olan bir millətin, talan edilən bir ölkənin istibdaddan xilası naminə mübarizə meydanındayıq və son nəfəsimizə qədər bu savaşa davam edəcəyik. Mənim qohumlarımın həbsi mənim mübarizəmin mahiyyətini dəyişmir və dəyişə bilməz!