Musa Musayev də “Səyavuş Novruzov!” dedi

Musa Musayev Milli Məclisdə kimə işarə verdi?

“Musa Musayev deputat Siyavuş Novruzovun da açıqlamalarını dəstəkləyib: “Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab Prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?!”.

M.Musayev iri biznesi olan şəxslərin deputat mandatı daşımasının qanunsuz olduğunu bildirib: “Bu gün parlamentdə olan deputatlardan bəzilərinin bu iqtidara, YAP-a heç bir aidiyyatı yoxdur. Sön dövrlərdə bəzi deputatlar haqqında yazılanları oxuyuram. Bəzi deputatlar kommersiya ilə məşğul olurlar, böyük biznes şəbəkəsinə sahibdirlər, xaricdə nələrisə var. Bu necə ola bilər?! Milli Məclisin deputatı qanunla bizneslə məşğul ola bilməz. Bu, qanunaziddir…”