“Relax” qalmaqalı Rövnəqə uzanır (video)

Rövnəq Abdullayev bu istirahət mərkəzi vasitəsilə hər il "Socar"dan 10 milyonlarla manat pul sildirir.

 

Lerikdə “Relax” istirahət mərkəzində böyük skandal baş verib. Belə ki, istirahət mərkəzində yoxlama aparmaq istəyən vergi əməkdaşları deputat İqbal Məmmdovun adamları tərifindən döyülüb. Daha sonra Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar. Amma məsələnin əsas səbəbi başqadı. “Relax” istirahət mərkəzi İqbal Məmmədovun adıyla bağlı olsa da, əslində Rövnəq Abdullayevə məxsusdu.

Rövnəq Abdullayev bu istirahət mərkəzi vasitəsilə hər il “Socar”dan 10 milyonlarla manat pul sildirir. “Pulsilmə əməliyyatı” belə baş verir: hər il “Sokar” minlərlə işçisini özünün həmkarlar təşkilatı vasitəsilə bu mərkəzə göndərir və nəticədə küllü miqdarda vəsait həzm edilir. Vergi yoxlamasının da məqsədi, bu silinən pulun məbləğini müəyyən etmək olub. Əldə etdiyimiz məlumata görə, əsas plan Rövnəq Abdullayevi sıradan çıxmaqdı. Yəni, faktlara istinad edərək Abdullayevi zərərsizləşdirmək istəyirlər. Bunu klanlararası savaşın növbəti mərhələsi də adlandırmaq olar.

azadliq.info