İş adamı Mübariz Mənsimovun Palmali şirkətinə məxsus olan, bu yaxınlarda yenicə suya buraxılan «Məmməd Əmin Rəsulzadə » adlı gəmini avqustun 14-ü gecə saatlarında limanda dayandığı yerdə başqa bir gəmi vurub. Bu barıədə iş adamının özü sosial şəbəkələrdə məlumat yayıb :
«Saat öncə “Mammad Amin Resulzade” adlı gəmimiz ilə Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə çarpışdı. Daha doğrusu, gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu. Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur.
Qəza anı ilə eyni dəqiqələrdə türk və Azərbaycanda aynı heriflerin mediasında xəbərlər yayıldı. Bu xəbəri anında kim yaydı? Gəmiyə durduğu yerdə çarpmaq bir cinayətdir! Sonuna qədər araşdıracağıq. Haqqınaz deyilən şərəfsiz bir media var. Lan, sizin gedən yolları yaxşı bilirik. Bu xəbəri sevincək verənlər, Azerbaycan hainidir sizin də sonunuz gələcək. Sonunda onu deyim ki, “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük gəmidir. Ancaq buna rəğmən gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz. Hələ də anlamadınız. Siz bu xəyallarınızda boğulacaqsınız. Biz sizin sonunuzu görəcəyik, siz bizim deyil. Tək tək gəlməyin, topunuz gəlsin. Hodri meydan!
Ayrıca, haqqınaz və denizhaber kimi şərəfsiz saytları maliyyələşdirən Rövnəq Abdullayev və Anar (Əlizadələrə Aliyev ) herifin soyadı çok ?babasının soyadını bilmiyor herif galiba göz yuman dövlətə səslənirəm ki, bunların qarşısını alın. Mərdliyimizə görə, bizi peşman etməyin. Yetər buna göz yumuldu. Susan duvar bir gün konuşur danışır yani».
İş adamı hesab edir ki, bu gəminin vurulması təsadüfi hadisə deyil və buna onunla eyham edir ki, Azərbaycanda hakimiyyət yanlı saytlar hadisə baş verən kimi «Məmməd Əmin Rəsulzadə gəmisi batdı » başlığı ilə yazılar veriblər. Gəmi isə zədələnsə də batmayıb.