Rza Talebi
Daha əski bir Bakı yox, sən də bilirsən mən də bunu bilirem, elə o otel otağı filminin baş xarekteri kimi , elə o Fexreddin Menafov kimi bu qurbətin oyunlarını çok yaxşı bilirem, geçən ay Bakıda olduğum zaman , Tehran ve Bakının ferqini sadece çaxır, musiqi, sosyal azadlıqlarda görmek meni incidirdi ve tek ortaq variant diktatorluq , məni tam susdurur. Ne nağıl demək isteyirem ne hekaye, direk mövzuya girceyem Geçən günlərdə sosyal medyada İlham Əliyev haqqinda Mahmudəli Çöhreqanli neçə məsələyə işarə etmiş. Bu sözlərə qarşı çoxlu etirazlar geldi˛üzrlər diləndi ˛o bunu vurdu ˛bu onu vurdu˛müzakireler getdi ve nələr, nələr… Yazmaq istemirdim ama təpədən dırnağa hirs içindəyəm˛sosial medyada Əhmed Şah Qacar ve Şair Fərruxi Yezdinin mehkemesini öyən˛İnsanlari hər bir problemə görə təhqir edən şəxslər, Mirzadə Eşqinin meclise yaman yoğuz” şeirini˛ kəskin bir cavap bilən insanlar،
Eydündolənin dediyi kimi Qacar dönəmində qəzetlərdə “Şaha yaman deyirdilər” metodunu xor görmeyen˛Paul Luca oxuyaraq onu dəstəkləyənlər˛ İrəc Mirze˛Suzəni Səmərqəndi Türk Ədəbiyati bilənlər˛indi hamısı İlham Əliyevin müdafiəcisi olublar. Ne bir partiyaya bağlıyam, nə də Çöhrəqanlınl savunuram˛sadəcə sizdən bir soru soruram. Onun yamanlarını kənara buraxaraq gerçəkdən˛ Əliyev hakimiyyətinin belə olmadığını mi düşünürsünüz? Çöhreqanlının yamanlarını hamımız metod olarak qınaya, amma məsələnin əsasını unuda bilərikmi? Çöhreqanlının deportasiya, məhkəmə prosesində gedən məsələləri ,hakimiyyətə bağlı olmadığını unuda bilərikmi? Onun, Xalqın, Elçibeyin məruz qaldığı xəyanətleri unuda bilərikmi?
Diktatorluğu müdafiə edib, bizim diktator əgər bizdən olsa ki, bu fikrə inanmıram, ən yaxşi diktatördü metodu dəstəkləyəkmi? Türmədə olan soydaşlarımıza göz yumaq çünki onları həbs edən öz millətimizdəndir? Hülakü kanın dediği “kafir hakim dindar hakimden ərcəhdir” demesini unudaqmı? Qarabağı mahnılara, sosyal medyaya, Azerbaycanı rəqsə , Tıraxtora, çaxır həddinə düşürəkmi? “Sizin bura ilə işiniz yol, gedin İranla uğraşın, mən əlli milyonun prezidentiyəm” deyənəmi inanaq? Lidərlərimizi ələşdirməyək, hətta Çöhreqanini de, Əliyevi də, ağ və qara ola, ya ona tay, ya buna tay, çetələşəkmi? Gündəmimizi bir birimizə Ettelaatçı, Mtnçi, qurumsaq demək həddinəmi düşürək? Əliyevi tənqid etmemeklə, yolu buna açan ki, təşkilatlarin liderlerinə də tənqid olmaz, Sakarya meydan muharibesinə dönüşəkmi? Bir kelmeni birisini vurmak üçün Osman köyneyi edək ki bütün rüşvət, neft, kasıblıq, fahişəlik, unudulsunmu? Bunlar ve bunların ötəsi , hamısı və hamısı var, yaman və yoğuz demək yanlışdır. Amma necə ki, Quran da deyilir ki, Allah fəryad etmeyi sadəcə o adamdan qəbul edər ki ona zulm kimsəyə zülm etməz. Sizcə bu fəryad, sevsək də sevməsek də Uzaq Amerikada qalan Çöhrəqanlinin haqqı değil mi? İllerdir, onu tək qoyaraq köşəyə sıxışdıraraq , onu bu halə gətiren biz deyimiyiz, səhvləri demədik, yalqızlaşdırdık, kutsadık? Bəzən toxunulmaz etdik, sonr medyadan məhrum ettik, potensialını öz yararlarımıza qullandıq. İndi səhvleri onun oldu, başarısı bizim? Mənim nə o medya, nə də bu medya ilə işim var. Mənə yaman deyənlərə bircə cavap da verməmişəm, təşkilatdan ayrilanda kimsəyə toxunmamışam, halbuki mene ilişən çox olmuş, hansısa meyvədən tutmuş casusa qədər deyiblər. Amma heç özümü savunmamışım, amma və amma…
Amma və amma yenədə deyirəm, həqarət kimə olursa səhvdir, İlham Əliyev olsun ya başqası. Kaş İlham Əliyevin yanında durduğumuz kimi vaxtilə Kələkide Əbülfəz Elçibəyin də yanında olsaydınız. Oğlu şəhid olan, cibində beşcə manatı olmayan qaçqın ananın yanında olsaydınız, həbsdəki Seymurun, Rusiyada, Bakıda Tehranda, İstanbulda dilənənin yanında olsaydınız kaşki. Bəlkə də onun üzünə yaman deyilmiyib ama onu o hala salan ona ən pis yamanı deyib. Ona görə zalimin yanında durmaqdansa, o yaman deyən Çöhrəqanlinin yanında dururam. Sevməsəm də, sevməsək də dururam və tənqidimi de edirəm. Hər danışığına görə onu daş qalaq etmirəm, paraya, mənsəbə satmıram , səhvləri də olsa, ağzını pozsa da, vururam. Yalnız bir yazar kimi tənqid ederək onu ələşdirirəm Ona görə, bu “Q” lərdən bu G lərədək qurtulmaq istəyirəm, bütöv olmak istəyirəm, hətta bu qurtulmağın başdaki “Q” hərfini də silərək qurtulmaq istəyirəm.