YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bütün yapçıları müxalifətə qarşı birləşməyə, YAP gənclərini bu yolda fədakarlığa səsləyib.
O birləşmə və fədakarlıq necə olacaq? Ölkənin rəsmi informasiya vasitələrini öldürüb, trolların ümidinə qalıblar. 700 yüz min üzvü olan partiyanın qəzetini gün ərzində 7 nəfər oxumur. Göyə peyk qaldırıblar, amma İki həftədir bir pilotun və onun itkin düşən qırıcısının yerini müəyyən edə bilmirlər. Yəqin o peyk də göyün yeddinci qatında müxalifəti izləmək üçün avaralanır. Ciddi bir işlə məşğul olsaydı Paşinyanın Dağlıq Qarabağda mitinq və idman yaraışları keçirməsindən də xəbərdar olardı. 10 il nazir işləmiş YAP-çı istintaqda yazılı, məhkəmədə şifahi ifadə verir ki, hər ay 350 min dollar paket götürmüşəm, bir o qədər də MTN-in vəzifəli şəxslərinə göndərmişəm. Buna görə YAP-çı gənclər fədakarlıq etməlidirlər? Sizin nəyinizə inanmalıdırlar? Hakim elitanın müdafiə xərclərini ofşor hesablara daşımasına, yoxsa Rusiya ilə silah alverində “otqat” alınmasına? Harada bir korrupsiya, oğurluq aşkarlanırsa YAP hakimiyyəti onun içindən çıxır.
Deyirsiniz müxalifətin məqsədi “Bütün Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir.” hansı immiciniz. var. Rəbərlik etdikləri hökumətin ölkəni qorumalı olan orqanlarının əməkdaşların az qala gündə biri xarici dövlətlə əməkdaşliqda suçlu bilinib həbsə alınır (indi görün mülki orqanlar nə gündədir), yekə-yekə müxalifəti xaricə işləməkdə ittiham edirlər. İlham Əliyev 16 ildir ölkə rəhbəridir və Azərbaycan vətəndaşına uzun illər 76 dollar donluq verib. Budur Sizin immiciniz? Korrupsiya və siyasi məhbus düşərgəsinə görə bütün siyahıların əvvəlində, səhiyyə, təhsil göstəricilərinə görə sonunda gəlirsiniz. İnsan haqlarına bihörmət münasibətiniz bütün dünyaya bəlli, əliniz çatmayan tənqidçilərinizin günahsız qohum – əqrabalarını saxta ittihamla həbs edib immic qorumaq istəyirlər. Ölkəni bu 16 ildə yarım azad ölkədən qeyri-azad ölkəyə çeviriblər, həllə bir immicdən də danışırlar.