Bu yay Bakı həddən artıq küləkli keçdi… Buna sevinirik… Amma bir zamanlar qəzetlərdə çalışanda rast gəldiyim məqamlar yadıma düşdü… O zaman hələ Xəzər dənizi ətrafı təzə hasara alınırdı… O zaman hələ Bakı kəndlərinin dəniz sahilinə yaxın ərazilərində təzə əyləncə mərkəzləri, restoranlar tikilirdi…Bilirsiniz bunlara niyə toxundum? O zaman Bakı kəndlərində ağsaqqallarla söhbətlər edirdim… Onlar buna bərk etiraz edirdilər… Deyirdilər ki, Bakı şəhərinin, Xəzər dənizinin bu halını görmək istəmirlər… Əlavə edirdilər ki, babalarımz deyirdilər ki, bu Abşeron ərazisi Allahın himayə etdiyi ərazidir… Buranın infrastrukturunu dəyişsən Allahın qəzəbinə gələrsən… O zaman bu sözlər bəzən mənə qəribə gələrdi… Amma zaman ötdükcə buna tam inanmağa başladım… Yadıma uşaqlıq dövrümdə şahidi olduğum qanlı hadisələr düşdü… O zaman qonşumuzda bir kişi vardı.. Pişikləri vəhşicəsinə öldürürdü… Sonra bu əməldən peşiman oldu… Namaz qılmağa başladı.. Məşədi oldu, kəlbəlayı da oldu… Amma çox əzabla öldü… Ölə bilmirdi… Allah ona elə cəza verdi ki, axırda it kimi ulayırdı… Hamı deyirdi ki, pişiklərin ahı onu tutub… Uşaq vaxtı bizə deyirdilər ki, qaranquşu, göyərçini vurmaq olmaz, Allahın qəzəbinə gələrsən… Pişiyi öldürsən babalı tutar… O zaman bunun şahidi olmurduq… Amma yaşlaşdıqca sanki bu nümunələrin şahidi oldum… Pişiyi a döyən kombayna atan adam ömrünün 20 ilini kor oldu və əzabla öldü… Bu uşaqlıq xatirələrini dostum Mirzə Ənsərliyə danışanda o, da möcüzəli əhvalatlar danışdı və bildirdi ki, artıq elm də sübut edir ki, dünya hansısa qüvvə tərəfindən idarə olunur… Mirzə müəllim əlavə etdi ki, biz Allahın qəzəbinə gəldik… Torpaqlar işğal olundu, indi də bax, əsən bu külək sanki Xəzərə görə bizləri cəzalandırır… Daha sonra əlavə etdi ki, bax, Xəzər imkanlı adamlar tərəfindən demək olar ki, özəlləşdirilibdir… Allah onların arzusunu ürəklərində qoydu… Artıq plyaj, yəni dənizdə çimmək sezonu bitir… Qoyduqları pulu çıxara bilmədilər… Külək elə əsir ki, plyaja gedən çox azdır… Doğrudan da məntiqlidir… Yadıma bir daha Bakı qocalarının söylədikləri xatirələr düşdü… Biz Bakını yaman günə qoyduq… Xəzər dənizinə xəyanət etdik… Təsəvvür edin ki, SSRİ dövründə Bakı kəndlərinin dənizə yaxın ərazilərində tərbiyəsiz qız və oğlanların əyləndikləri restoranlar tikilmirdi… Biz nə etdik? Onları dənizdən məhrum etdik… Əslində, Xəzər dənizi sanki Abşeronu tamamlayır… Bu dənizdən əsən küləklər Abşeron təsərrüfatına, ağaclarına sanki sığal çəkirdi… Bu təsərrüfata zərbə dəydi… İnfrastruktur pozuldu… Bakı Şanısı yoxa çıxdı… Bakının gülləri yoxa çıxdı… Bakı kəndlərini dənizdən məhrum etdik… Balıqçılıq yoxa çıxdı… Bakı gəncləri nə etməliydi? Çoxu ölkəni tərk etdi, qalanlarının çoxu da nəşəyə qurşandı… Bəziləri də dini baxımdan İranın toruna düşdü… Xəzər dənizi də ağır zədələr aldı… Bakı şəhəri isə daha ağır vəziyyətə düşdü…Xəzər dənizi ətarfında hündürmərtəbəli binaların tikilməsi Bakını normal küləklərdən məhrum etdi… Neçə illər idi ki, bu küləklərə demək olar ki, həsrət idik… “Torqovıya” çıxanda adam tərdən əzab çəkirdi… Amma bu il birdən-birə bu cür bərk küləklər əsdi… Həm də ara vermədən əsir… Yay belə keçdi… Buna sevinsəm də, gələcəkdə hansısa baş veə biləcək hadisələrdən qorxuram!!! Yadıma Bakı ağsaqqallarının sözləri düşür: “Abşeron və Xəzərlə oynamasınlar. Bunun sonu yaxşı olmaz”. Fakt göz qabağındadır!!!
Dilavər Əzimli