Şah İsmayıl… onların başının daşı kimi…

Bu adamlar yalandan özlərini Türkiyə “sevdalısı” kimi götürür və məzhəbçiliyə yol verməklə məqsədlərini həyata keçirirlər... Bu adamlar yaxşı bilirlər ki, Azərbaycanda, Şərqi Anadoluda Xətaini yeddi yaşdan yetmiş yeddi yaşa qədər hamı sevir, adı gələndə ayağa dururlar...

Son günlər sosial şəbəklərdə yenə də Şah İsmayılla bağlı mübahisəyə start verildi. Bu “əməliyyatı”ın başında yenə ənənəvi olaraq millət vəkili adını daşıyan Fazil Mustafa oldu… Bu mübahisələrə dərindən qatılmadım və sadəcə olaraq prosesləri seyr etdim. Bu dəfə Fazil Mustafaya qoşulanlar da oldu. Onlar da onun mövqeyini müdafiə etdilər. Bilirəm ki, bu yazını oxuyan Fazil Mustafa ənənəvi şakərinə uyğun olaraq yenə də bizə “dişinin dibindən çıxanı” yazacaqdır. Eybi yox, qoy yazsın…Sosial şəbəklərdə bu prosesi izləməyim bir neçə nəticəni ortaya qoydu:
1.Vaxtaşırı Azərbaycanın tarixi şəxsiyyətləri olan Babək və Şah İsmayıl gündəmə gətirilir… Bunun başlıca səbəbi nədir?
2.Bu adamlar bu cür təbliğatı aparmaqla kimə və yaxud kimin buyruğuna əməl edirlər? Ölkədə fəaliiyət göstərən bu cür adamlar vaxtaşırı belə təbliğat aparmaqla tarixi dövlətçiliyimiz zərbələr vururlar. Niyə bunlar haqqında ölçülər götürülmür?
Bu cür sualları çoxaltmaq mümkündür…. Baxın, Babək və Şah İsmayıl… Bunlara müraciət edən bu adamlar birmənalı şəkildə məzhəbçilikdən çıxış edirlər… Məzhəbçilik isə birbaşa Türk dünyasını parçalayan amildir… Bu həm Qərb dünyasına, həm İrana, həm də Ermənistana sərf edir… Bu mənada Ermənistan mətbuatının Fazil Mustafanın müsahibələrini tirajlaması başa düşüləndir. Burada təbii ki, ən böyük zərbə Türkiyə və Azərbaycana dəyir… Bəllidir ki, Avropamərkəzçilik xətti üzrə yazılan tarixmiz hesabına bizim əksəriyyətimizdə Babəkin İslama qarşı vuruşduğu təfəkkür formalaşıbdır. Bu mənada bizdə olanların çoxu bu tezisi qəbul edir… Çünki onların əksəriyyəti dinçidirlər… Onlara qarşı da Türkçülər dayanır… Hər iki tərəf bir-birini topa tutur… Bəllidir ki, Babəkin zamanında İslamın önündə gedən Abbasilər xilafəti İslama bir ləkə idi… Hülakuların böyüklüyü ondan idi ki, bu ləkəni tarixdən sildilər və Türk dünyası İslam dünyasının əsas keşikçisi oldu… Bu dünyanı parçalamaq üçün isə əsas məsələ məzhəbçiliyi işə salmaq idi. Burada bu adamların köməyinə Çaldıran gəlir. Çaldıran haqqında da Avropamərkəzçilik özünün işə saldığı xətti həyata keçirməklə bizim insanların da beynini korlamışdır. Çünki yüz illərdir bizimkilər bu xəttin yazdığı tarixi oxuyublar…. Bu da Türk dünyası üçün qurulmuş tələ idi ki, bizimkilər asanlıqla düşdü… İndi də yazdıqlarımızla bu beyinləri yuya bilmirik… Bu mənada müxtəlif şəbəkələrə işləyənlərin əllərinə fürsət düşür… Başlayır məzhəbçiliyə… Sonra da kim Xətaini müdafiə edir ona “İran agenti” damağasını vururlar… Əslində, özləri bu məsələdə “İran agenti”, “Ermənistan agenti”, “Rusiya agenti, “Qərb agenti” kimi çıxış edirlər… Bunlara bir sözüm vardır: Mən Türk Dünyasının agentiyəm!!! Məni Şah Xətainin də, Sultan Səlimin də, Əmir Teymurun da, İldırım Bəyazidin də, Sultan Məhəmməd Fatehin də, Həsən Bayandurini də Türklüyü maraqlandırır. Mənim üçün din evdə, məsciddə, camedə olmalıdır. Dini siyasətə qatanlar təbii ki, kiməsə işləyirlər… Bütün orta əsrlər müharibələr dövrüdür… Avropada da, Şərqdə də hegemonluq uğrunda savaşlar gedirdi… Şərq İslam dünyasına həm Osmanlı, həm də Səfəvilər iddialı idilər… Bu da təbiidir… O zamanın təfəkkürü elə idi… O zamankı proseləri bu günə gətirmək cahillikdir… O zaman milli münasibətlərə bu gündən baxmaq ən azı savadsızlıqdır. Bu mənada sizlərə tarixi baxımdan cavab vermək doğrudan da mənasızdır… Siz bunu dərk etməyəcksiniz… O zaman baş verən müharibələrdə dini amillər də rol oynayırdı. Bu da təbii idi… O zaman Avropada da belə idi… Amma bu gündən o günə boylanıb bunu gündəmə gətirmək bu günki Azərbaycan-Türkiyə birliyinə zərbələr endirməkdir… Bu cür qüvvələr həm Azərbaycanda, həm də Türkiyədə müəyyən şəbəklərə xidmət etməklə gələcəkdə Azərbaycan-Türkiyə birləşməsinə mane olmaq məqsədi güdür… Bu adamlar yalandan özlərini Türkiyə “sevdalısı” kimi götürür və məzhəbçiliyə yol verməklə məqsədlərini həyata keçirirlər… Bu adamlar yaxşı bilirlər ki, Azərbaycanda, Şərqi Anadoluda Xətaini yeddi yaşdan yetmiş yeddi yaşa qədər hamı sevir, adı gələndə ayağa dururlar… Bu Türklükdən gəlir, yalnız Türklükdən… Xətaiyə məzhəb baxımından yalnız iranpərəstlər yanaşırlar… Mən də namaz qılıram və Həzrəti Əi (ə) şiəsi olmaqla fəxr edirəm… Sizlər isə Şah Xətaini İran siyasi şiəliyinin qucağına atmaq istəyirsiniz… Bu keçməyəcəkdir… Çünki bu millət onu ilk olaraq Bütöv Azərbaycanı yaratdığı üçün, Azərbaycan Səfəvilər dövlətini yaratdığı üçün sevirlər… Onu Türk oğlu Türk olduğu üçün sevirlər… Siz Çaldırana söykənib yalnız iyrənc məqsədinizi həyata keçirirsiniz… Bizim Osmanlı ilə Çaldırandan da ağır toqquşmalarımız olubdur. Soruşuram: Niyə Çaldıran? Cavab: Çünki Avropamərkəzçilik xətti Çaldırana dini rəng geydirib beyinlərə yeridə bildi… Bax, buna görə də bundan yapışmısınız…
Sonda onu da əlavə edim ki, nə vaxt Türk Dünyasında daha da yaxınlaşmaqla olanda ortalığa ya Bakı, ya da ki, Xətaini atırlar… Bilirlər ki, bununla bu tarixi şəxsiyyətlərə ləkə gətirə bilməyəcəklər. Əksinə, söyüləcəklər (məəttəl qalıram ki. bu cür söyüşlərdən sonra yenə də başlayırlar köhnə əməllərinə… Demək sifariş yerinə yetirirlər-D.Ə.). Onlara da bu lazımdır… Çünki qardaş Türkiyədə dinçi, məzhəbçilər onlara qoşulur və başlayırlar Xətaini təhqir etməyə… Burada da türkçülər, o cümlədən şiə məzhəblilər başlayırlar o biri tərəfi təhqir etməyə… Bunlar da istədiklərinə çatırlar… Türk Dünyası bölünür… Bunu dərk edənlər isə orta yolu tutur… Belələri isə hələ azdır… Bunun səbəbi də ciddi savada malik omamaqdır… Baxın, bu cür təbliğatı kimlər aparır? Həddən artıq mütaliə edən və intellektual adamlar… Bunlaarı susdurmağın yolu onlara ciddi arqumentlərlə cavab verməkdir… Hesab edirəm ki, bunun ilk yolunu sizlərə açıqladım… Bu mənada həmin adamları tanıyın… Ölkənin böhranlı anında fəaliyyət göstərən bu adamlar birbaşa dövlətçiliyimizə qarşı çıxış edirlər!

Dilavər Əzimli