“Gənc intihar” fenomenləri

Qaynar xəttin nömrəsini bütün radio və televiziyalarda vaxtaşırı təbliğ etməklə tanınmasına nail olmaq olar. Məsələn, Türkiyədə Ailə, Çalışma və Sosial Xidmətlər nazirliynin buna bənzər qaynar xətti var. 

Anar Məmmədli

Zaqatalada 17 yaşlı yeniyetmə qızın intiharı son 4 ay ərzində ictimaiyyətə bəlli olan ikinci intihar hadisəsidir. Bu olayların motivləri fərqli olsa da, hər ikisi yeniyetmə qızlara qarşı baş vermis zorbalığın nəticəsidi. Bu olayların yaşanmasında dövlət siyasətinin də rolu var. Çünki müvafiq dövlət qurumları məktəblərdə bullinqin (şərti olaraq zorbalıq adlandıraq), o cümlədən erkən nigahların qarşısının alınmasında, bu sahədə sosial məsuliyyətinin gücləndirilməsi və inzibati müdaxiləsinin vaxtında təmin olunmasında cavabdehlik daşıyır.
Yaranmış vəziyyətlə bağlı bəzi ölkələrin təcrübəsinə istinad edərək, Təhsil Nazirliyi, Ailə, Uşaq və Qadın Komitəsi, o cümlədən Daxili İşlər Nazirliyinin birgə idarə edəcəyi 24/7 formatında qaynar xəttin yaradılmasını təklif edirəm. Yaddaqalan nömrə seçib çox operatorlu qaynar xətt qurmaq olar. Şikayətin növündən asılı olaraq, a) psixoloji b) hüquqi və c) inzibati yardım xətti qurmaqla məktəblilər və yeniyetmələri üzləşdikləri basqılardan, zorrakılıq və təzyiqlərdən qorumaq olar.
Qaynar xəttin nömrəsini bütün radio və televiziyalarda vaxtaşırı təbliğ etməklə tanınmasına nail olmaq olar. Məsələn, Türkiyədə Ailə, Çalışma və Sosial Xidmətlər nazirliynin buna bənzər qaynar xətti var.
Nəhayət, dövlət orqanları bu işə maraq göstərməsə (!) qadın təşkilatlarının iştirakı, cəmiyyətdəki fərqli ictimai qrupların töhfəsi ilə könüllülərin Qaynar xəttini yaratmaq olar. Burada əsas maliyyə xərci telefon nömrəsinin saxlanmasıdı. Bunu isə telefon operatorları ilə razılaşma yolu ilə əldə etmək mümkündür.
Bunu da yaratmaq mümkün olmasa vicdanlı İT ekspertlərin iştirakı ilə telefon proqramı yaratmaq, android və İoS sistemləri üçün uyğunlaşıdrmaq olar.