Hakimiyyəti tənqid edən məmurlara niyə inanmaq olmaz?

coshqun1

Coşqun Eldaroğlu

O ki bir məmurla hansısa məclisdə üz-üzə əyləşirsiz, başlayır hökuməti tənqid eləməyə, guya bu da narazıdı ha, bax, o məmur saxtakarın yekəsidi. Özünü sığortalayır. Nə qədər vicdansızlıq elədiyinin fərqindədi. Heç peşman da deyil. Sadəcə, o məclisdə rahatca zəhərlənmək istəyir. Vicdanlı adamların qınaq dolu baxışları onu xeyli əzir. Rahat olmur, eqosu zədələnir. Dolma boğazında ilişib qalır. Qoşulub sizə hakimiyyəti baltalayır, sizin də ürəyiniz yumşaqdı, dərhal ona yazığınız gəlir, gəlib burda ədəbi-publisistik-romantik-melanxolik status yazırsız ki, hətta məmurları da hökumətdən narazıdı. Narazı-zad deyil. Hər şey ürəyincədi. Bir babat avropalının bütün ömrüboyu işləyib yığdığı vəsaiti o məmur bir ayda qazanır. Sözün bütün mənalarında kef eləyir. Bu hökumətin ömrünün uzanması üçün hər cür şərəfsizliyə gedər. Sizi bir keçinin qiymətinə satar. Sizə ağlınıza gəlməyəcək pisliyi eləyər. Ona yazığınız gəlməsin, özünüzə yazığınız gəlsin…