“DƏYİŞİM QORXUSU”

Adət etdiyiniz sistem şüuraltı olaraq sizdə güvən duyğusu yaradıb. Ancaq bu monotonluqda adamlar yerində sayır. İnkişaf olmur...

Azərbaycanda hamı siyasi dəyişiklik istəsə də, bu baş vermir. Bilirsiz niyə? Çünki az qala hamıda bir “DƏYİŞİM QORXUSU” hökm sürür. Dəyişiklik istəsəz də, dəyisikliyə öyrəşmək, dəyişimi qəbul etmək, dəyisimə hazır olmaq qorxusu var. Adət etdiyiniz sistem şüuraltı olaraq sizdə güvən duyğusu yaradıb. Ancaq bu monotonluqda adamlar yerində sayır. İnkişaf olmur. Nəticədə bu monotonluqdan bir gün məmnuniyyət hissiniz yoxa çıxacaq. Əlinizdə olan adət etdikləriniz sizdə həyəcan, emosiya yaratmadiqca, hədəfsiz də olsa həyəcan istəyi sizə qalib gələcək.
Bax o zaman özünüzü tam bir dəyişimi içində tapacaqsınız.
Məncə siyasətçilər bax bu hiss-həyəcan, adrenalin duygusu üzərində işləməlidir.
Munasibətlərdə, hər işdə, hər sahədə emosiya, həyəcan oyatmaq inkişafa və məmnuniyyətə təhrik edir. Dəyisimin vizyonunu təsvir etmək barədə çox danisilmalidir.
Məsələn: Bir ipucu verim.
Motivasiyanın 2 başı var. Biri ağrıdan qaçmaq. Digəri zövqə yönəlmək.
Əgər insanları dəyişilmə hazirlamaqcun həvəs yaratmağa ağrıdan qaçmaq motivasiyasi yetərli deyilsə, təsir etmirsə o zaman zövqə yönəltmək mütləq effekt verəcək. Azərbaycanlıları kütləvi olaraq “Ağrıdan qaçmaq” motivi cosdurmur.
Çünki yuxarıda yazdığım adət etmələr, təkrarlanan, monoton həyatın içində ozlərini şüuraltı olaraq güvəndə və ya sakit hiss edirlər.
Ağrıdan qaçmaq motivasiyasi barədə sizə bəzi misallar gətirim:
Məmurlar sizin pullarınızı xaricə daşıdı. Filan məmurun oğlu milyonluq saat taxır. Ölkədə hakim elita istədiyini edir. Səhiyyə pis gündədir.
Qarabağ 27 ildir işğaldadir. Pasinyan Şuşada yallı gedir. Siyahı uzadıla bilər. Bunlar nə qədər pis çıxsa da deyəcəm. Azərbaycanlının vecinə də deyil. Tərpətmir .
Bu cür texnika, yeni pis vəziyyətdən çıxmaq üçün, ağrılardan çıxmaq məqsədilə dəyişimə həvəs yaratmaq effektiv deyil Azərbaycanda. Deməli insanlarda dəyişilmə motivasiya verməkcun nəyi oyatmaq lazımdır? Dəyisimin hər bir insanda yaradacağı zövq, ləzzət duyğusu. Zövqə yönəltmək.
“Bəyin oğurlanması” kinosunda necə deyir?
“İstəməzsənmi səni uzaq Liviya səhrasında göstərsinlər”? Yəni əlqərəz, sadə azərbaycanlını acı gerçəklik olsa da məmurların özbaşınalığı və ya bahalı maşında kef etməsindən doğan “Ağrı” ilə yox, “İstəməzsənmi sən məmurların yaşadığı zövqlü həyati, komfortu yaşayasan? İstəməzsənmi sən Avropalılar kimi güvənli sabahın, tibbi sigortan olsun? İstəməzsənmi həyəcan dolu, zövqlü həyat yaşayasan? Məgər sən öz potensialını, öz sənətini, bacarığını hamıya göstərib zövq almaq istəmirsən”?
“Məgər sən məhsurlasib hamının gözünə girmək istəmirsən”?

Azərbaycanlını dəyişim qorxusundan xilas etmək üçün bu dəyisimin ona imkan, zovg, səlahiyyət, ixtiyar sahibi olmasını gətirəcəyini çatdırmaq lazımdır. Qısası. Xalq hakimiyyəti. Rəhbərlərin adamların sozüylə oturub duracaği, vətəndaşın hökmlü olacağı bir sistem dəyişikliyi hamının xoşuna gələcək.
Bu kimi zovgə yönəlik motivasiyalar insanları dəyisimə hazırlayacaq.
Bu da sizə pulsuz məsləhətim. İsraildən, Amerikadan, Avropadan texnoloq gətirib pul xərcləməyə, qalaq-qalaq xarici kitablar oxumafa ehtiyac yoxdur. Azərbaycanli psixologiyasını azərbaycanlı psixoloqdan soruşun.
Ramil Nəcəfli