“KORAL ENERJİ”nin fırıldaqları və neft deputatının bahalı avtomobilləri

Bizim neft deputatımızın dəbdəbəli oliqarx həyatı haqqında hər yerdə inanılmaz əfsanələr dolaşır. Bu “əfsanələr”dən Azərbaycanın bütün ictimai dairələrinin xəbəri var. Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin ad günlərinə milyonlarlar xərclədiyi deyilir. Əminliklə deyə bilərik ki, bu oğlan “görməmiş”in yekəsidir. 90-cı illərin əvvəllərindəki populyar reperlər kimi üst-başı dopdolu qızılla gəzir. Adamın bircə yüksək “problu” qızıl dişləri çatışmır. Məlumdur ki, bizim bu qəhrəman xalqın sərvətləri hesabına ortalıqda veyillənir və heç bir işin sahibi deyil. Bəs SOCAR-dakı bu uğurlu “biznesmenlər” haradan çıxır meydana? Məlumdur, ordakı həmin “biznesmenlər” atalarının gül balaları və Rövnəq Abdullayevin qohumlarıdır. Ordakı neft oğrularının həyatı, vərdişləri və zəif tərəfləri haqqında bizdə çoxlu etibarlı məlumatlar var.

Amma Rəşad Abdullayevin şəxsi həyatı yad gözlərdən sayıqlıqla qorunur. Onun şəxsi həyatı haqqında bizim və maraqlı paparatsilərin əlində olan məlumatlar da çox deyil. Ancaq biz gizli pəncərələrin qalın pərdələrini aralayıb, içəri boylana bildik. Elə buna görə də, Rövnəq Abdullayevin dəstəsi işimizi dayandırmağa çalışdı. Əlbət ki, biz bundan sonra Rövnəqin dəstəsinə qarşı tənqidləri daha da sərtləşdirəcəyik. Bu gün milli sərvətləri talan edənlərin başqa həyat təfərrüatları barədə danışacağıq. Yəqin ki, neftin qiyməti aşağı düşməyə davam edərsə, onlar uzun müddət bu cür var-dövlət içində üzə bilməyəcəklər.

Onlar haradan çıxdılar?

Rövnəq Abdullayev neft səhnəsinə çoxdan çıxıb. O, Bəylər Əyyubova bağlı adamdır və vaxtında neft emalı zavodunun direktoru olub. İlham Əliyev hakimiyyətə gəldikdən sonra Rövnəq Abdullayev ölkənin neft damarı olan SOCAR-ın rəhbəri oldu. Pul sel kimi axmağa başladı. Vəziyyət 2006-cı ildə, ən zəngin neft yataqlarının istismarı və neftin qiymət artımı başlayanda tamam dəyişdi. Əvvəlcə o yataqlar xarici şirkətlər tərəfindən işlənirdi. Əlbəttə, əcnəbilər “aslan payı”nı özlərinə götürürdülər. Ancaq tezliklə Rövnəq Abdullayev insanların həyat səviyyəsini, otelləri, restoranları gördü … Və gördüklərindən heyrətə gəldi. Bundan sonra adam qərara aldı ki, onun ailəsi də belə yaşayacaq.

Rövnəq Abdullayev əcnəbilərlə müqavilələr bağlamağa və öz əmisi oğlu Anar Əliyev kimi adamlar vasitəsi ilə neft gəlirlərini ailəsinin xeyrinə bölüşdürməyə başladı. O vaxtdan bəri keçmiş yoxsulların rifahı sıçrayışlı şəkildə yüksəldi. Rövnəq Abdullayevin yaxınları sürətlə tikinti və bütün mümkün sahələrə investisiya qoymağa başladılar. Təkcə bu faktı söyləmək kifayətdir ki, son 10 ildə SOCAR şəhid ailələrinin və vergi ödəyicilərinin cibindən milyardlar talan edib. “Coral Enerji” şirkətləri kimi vasitələrlə böyük məbləğdə pullar yuyulub və villalara, restoranlara, otellərə, yaxtalara, təyyarələrə sərmayə qoyulub. Cəmi bir neçə ildə neft gəlirləri sayəsində Rövnəq Abdullayevin kəmsavad qohumları milyarder olublar.

Kimin yaxtası daha böyükdür?

Bir neçə il əvvəl Türkiyənin məşhur kafe və restoranlarında oturan ziyarətçilər sirli milyarder oğlan haqqında xəbər duymağa başladılar. Onun kral əyləncələri türklər üçün bir əfsanəyə çevilmişdi. Avtomobil kolleksiyaları, yaxtalar və saraylar haqqında isə danışmaqla bitməz. Sonralar məlum oldu ki, bu təmtəraqlı həyata on milyonlarlar xərcləyən oğlan Rəşad Abdullayevdir.

Bu oğlanın dəbdəbəli yaxtalar sahibi olduğu ilə necə öyündüyünü dəfələrlə yazmışıq. Rövnəq Abdullayevin ailəsinin sarayları haqqında da inanılmaz söz-söhbətlər gəzir. Deyilənə görə, onlar hamısı qızıl rəngdədir, özü də fil sümüyü və bahalı ağaclarla bəzədilib. Mebel yalnız sifariş əsasında Avropada hazırlanıb, unitazları qızıldan sifariş edilib, çilçıraqlar bahalı Bohem şüşəsindən hazırlanıb. Rəşad Abdullayevin və ailəsinin paltarları da eksklüziv materiallardan tikilir və böyük pullar bahasına başa gəlir. Onun kəmər və köynəklərin birinin 30 min dollar dəyərində olduğu deyilir.

Bu qədər avtomobil sənin nəyinə lazımdır?

Atanın gül balası Rəşad Abdullayevin cazibə vasitələri rəngarəngdir. Onun yüksək keyfiyyətli dəridən hazırlanmış cüzdanı qızıl və qiymətli daşlarla bəzədilib. Bu cüzdan sahibinə böyük məbləğə başa gəlib. Onun qarajında ​​çox sayda müxtəlif markalı avtomobillər var və bunlar hamısı unikal markalardır, hərəsi ayrı bir növdən. Yeri gəlmişkən, toydan sonra Rəşad Abdullayev yeni bir saray inşa edəcəyini vəd edib. Çox güman ki, burada bahalı maşınlar kolleksiyası olan bahalı bir anqar da görəcəyik.

Avtomobillərdən söz düşmüşkən. Avropada Rövnəq Abdullayevin yardımçıları ən nadir maşınların bütöv qarajlarına sahibdirlər. Məsələn, Adnan Əhmədzadəyə (Rovnag Abdullayevin adamı) məxsus A4AAA nömrəli avtomobillər. Abdullayevlər ailəsinin mühasibinin illik hesabatlarında böyük məbləğ qeydə alınır. Təəccüblü deyil, çünki Rəşad Abdullayev ictimaiyyət qarşısına çıxanda qadın kimi üst-başına beş-yeddi kiloqram cəvahirat taxmalıdır. Kolleksiyalar da daim yeniləri ilə doldurulur – Rəşad Abdullayev eyni boyunbağı, üzük və bilərziklərlə təkrar xalqın arasına çıxmağı xoşlamır.

Əbil Həsənov