Biz nədən hücuma uğradıq və atanın gül balasının bir milyonluq romanı

Kiberhücumun 4 səbəbi

Bakıda yay əyləncəli keçir. Hələ buna tüfeyli məmur balalarının macəraları da rəngarəng mövzular verirsə. Həftələrdir paytaxt sakinləri axşam saatlarında kölgələrə çəkilib SOKAR-ın rəhbəri Rövnəq Abdullayevin səfeh oğlunun macəralarından danışırlar. Sözün əsl mənasında, Rəşad Abdullayev Bakının əyləncəli yay axşamlarına bir az da rəng qatıb. İndi görək, Rövnəq Abdullayevin adamları nədən bizim media resurslarımıza hücum etdilər.

1. Bizim informasiya resurslarımızın “Saatgate” ilə bağlı yazıları daha çox oxunaqlı oldu. İnsanlar bizim yazıları oxuyaraq, cəmiyyətə məlum olmayan həqiqətlərdən xəbər tuturlar.

2. Biz SOKAR-dakı cinayətkar qrupun hücumuna məruz qaldıq. Amma bizim nəşrlərimiz və teleproqramlarımız sayəsində insanlar “Coral Enerji”, “Neftçi” və neft alveri edən quldur şəbəkənin maxinasiyaları haqqında geniş məlumat aldılar.

3. Biz kanallarımız və qəzetimiz vasitəsilə, Rəşad Abdullayev və atasının Azərbaycan xalqının cibinə girib milyonları necə oğurladıqları faktının unudulmasına imkan vermirik.

4. Bizim sayəmizdə insanlar neft sənayesindəki quldurların bütün fəaliyyət sxemlərini öyrəndi və öyrənəcəklər. Rövnəq Abdullayev bizdən milyonlar qazandığı benzinin atəşindən qorxduğundan daha çox qorxur.

Bir milyona başa gələn “eşq”

SOKAR-da Rəşad Abdullayevin eşq macəraları haqında da komik söhbətlər dolaşır. Onun azərbaycanlı müğənni Nigar Camala olan “eşqi” ilə bağlı dərin söhbətlər var. Deyilənə görə, təklifini ciddi saymayan müğənniyə sevgisini sübut etmək Rəşada böyük pullar bahasına başa gəlib. Xalqdan oğurlanan böyük pullar bahasına. Bodrumda “Melisa” yaxtasında öz əlləriylə süzülən ən bahalı şərab, xüsusi təyyarələrdəki çarter reysləri və milyonlarla pul! Rəşad Abdullayev Mehriban Əliyevanın sevimli müğənnisini yola gətirmək üçün nələr etmədi… SOKAR-da da hamı neft bossunun oğlunun bu səfehliyindən danışır. Təəssüf ki, Rövnəq Abdullayev uğursuz oğluna xalqın oğurlanmış pullarından başqa heç bir miras qoymayıb və onun “sevgisi”ni sübut etmək üçün bundan başqa cəlbedici bir şeyi də yoxdu. Şübhəsiz ki, bu nüanslar bir kişi ilə bir qadın arasında uğurlu ünsiyyət qurmaq imkanlarını xeyli çətinləşdirirdi. Qısa müddətdə Rəşad Abdullayev müğənniyə bir milyondan çox pul xərcləməli oldu. Əlbəttə, münasibətlərdə daim ünsiyyətdə olmaq çox önəmlidir. Amma kütbeyin Rəşadın danışıq qabiliyyəti 10-15 sözlə məhdudlaşdığına görə, o uğurlu ünsiyyəti qura bilmədi. Başqa bir yandan da, tezliklə bu münasibətin yalnız əyləncə istəyi olduğu ortaya çıxdı. Çünki sevgi kimi ali bir duyğu bizim baş qəhrəmanımız Rəşada aid olan bir hiss deyildi…

Tanıyanlar bilir ki, Rəşad Abdullayev çoxlu pulun istənilən adamı adam edə biləcəyinə inanan dayaz düşüncəli bir adamdır. Neftçilər hər yerdə onun yüngül ağlını məsxərəyə qoyub, öz yaxtası ilə hər kəsi heyrətləndirmək düşüklüyünə gülürlər. “Melisa” yaxtası tamam başqa bir hekayədir. Çevrəsindəkilər burda Rəşad Abdullayevin Bodrumdakı çimərlikdə görüşdüyü ucuz həyat qadınları ilə min hoqqadan çıxdığını söyləyirlər. Bu çimərlik onun biznesi idi və o da iflas etdi. Bəs necə? Əmək qoyub pul qazanmaq çoxmu asan işdir? Bu gənc oğlan həyatında öz ağlı və zəhməti ilə bir manat belə qazanmayıb. Qazanmış olsaydı, xalqın xəzinəsindən milyonlarla pul oğurlayıb yüngül istəklərinə israf etməzdi. Amma bu, indiki hakimiyyətdə təmsil olunan bütün məmur övladlarının həyat və əxlaq tərzidir. Onların adam olması da deyəsən qiyamətə qalıb.