Əbil Həsənov
Nə müddətdir zəmidə
Öküz buğda yeyirdi.
Hərdən baxıb üzümə
-Rədd ol burdan-deyirdi.
Dayanmadan yeyirdi
Çıxmırdı heç zəmidən.
Mənə də ehtiyacdır
Bircə ovuc buğda –dən.
Ha yalvardım çıxmadı
Məni tutdu ağlamaq.
Göz yaşımı silməyə –
Kömək tapmadım ancaq.
Buynuzu önə verdi
Məni qovdu kənara
Hay salıb imdad etdim
Kimsə yetmədi kara…
Dedi:-“Boynum yoğundur
Buğda mənə yaraşır.
İzn verirəm sənə
Peynimi sən yığışdır.
Gəl buna da qane ol
Qurdalama beynimi
Payın yoxdur əbədi
Yaddan çıxar zəmini.”
Xahiş edib dediyim
Bir kəlmə söz üçündə
Məni salıb xışladı
Peyinliyin içində.