DAYANMALIDIR

Arif Pənahoğlu.
Sən ey özü içindən yıxılan məmləkətim,
Neftə, qaza, qızıla, ümid eyləmə qəti.
Onlar bir gün tükənib, yox olacaq, əmin ol,
Odur, mənəm, bizlərik bu dövlətin sərvəti…

Ana Vətən qan soran vampirlərin girovu,
Bizlərinsə qisməti sərhəddin çölündədir…
İnsafsız bir dövrana cəlladlar hakim ikən,
Zalım süd vannasında, məzlum qan gölündədir…

Çiyinlərim qabardır, gözlərim qan çanağı,
Əlləriylə nə qədər xiyaban yaratdılar.
Həyatdan kam almamış verib qara torpağa,
Neçə-neçə igidin dünyasın qaraltdılar…

Sökülür babaların ucaltdığı qalalar,
Dağılıb viran olur, içərisi, çölü də,
Hamı bir nəfər kimi haqq səsin ucaltmalı,
Gorundan baş qaldlrıb durmalıdır ölü də !!!

Bu tək mənim səsim yox, bu xalqın tələbidir,
Bu genosid, soyqırım, həmən dayanmalıdır.
Bu hökmün əmrin verən almalıdır cəzasın,
Bu zamanın hökmüsə zaman dayanmalıdır !!!