Zelenski Oqtay Əsədovla görüşdü və… Ali Radanı buraxdı

Bu görüş ərəfəsində Əsədovun kürəkəninin it porno- videosuna YouTube-da 200 mindən çox baxış olmuş və min şərh yazılmışdı.

Milli Məclisin spikeri Oqtay Əsədovu Ukrayna Prezidenti Zelenskinin inauqurasiya mərasimində gördünüz. Fotoşəkildən də görünür ki, bizim baş deputat Oqtay Əsədov söhbətdə yeni seçilmiş prezident Zelenskiyə hansısa mesajı çatdırmaq istəyir. Nə mesaj çatdırdığını bilmirik, amma bu söhbətdən sonra Zelenski dərhal Ali Radanı buraxdı. Artıq bu məsələylə bağlı bizim deputatlar lətifə də qoşublar. Zelenski “Kapriz” ilə əlaqəli qalmaqalı eşitdiyinə görə Ukrayna parlamentini buraxıb…

Bax, həyat yoldaşını Moskvadakı “Kapriz” macərası və striptiz-bar işinə qoşduğu məlum olandan sonra, bizim spiker beləcə lətifə obrazına çevrilib. Azərbaycan hökuməti spiker Oqtay Əsədovu Ukraynaya göndərərək Zelenskiylə zarafat etmək qərarına gəlmiş ola bilər. Çünki Oqtay Əsədovu Ukrayna prezidentinin inaqurasiya mərasiminə yalnız zarafat məqsədilə göndərmək olar, necə ki, bir ay əvvəl Rusiya Parlamentinin spikeri Matvienko Əsədovu Krım səfərinə dəvət etmişdi. Bir də, striptiz biznesinin xüsusi iş sayıldığını və bu insanların Rusiya xüsusi xidmət orqanlarının radarlarında olduğunu söyləməyə gərək yox. Bəlkə də, bu, yüksək dərəcəli siyasi yumor idi.

İnsanlar bu məsələni zarafata çevirdilər və Zelenski də də borclu qalmadı. Hökumətimizin zarafatına zarafatla cavab verib Ali Radanı buraxdı …

Vladimir Zelenski spiker Oqtay Əsədovun və başqalarının təmsil olunduğu o mərasimdə parlamentə səslənərək belə dedi: “Hörmətli deputatlar… Parlamentin toxunulmazlığının aradan qaldırılması, qanunsuz varlanma ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmə haqqında qanun qəbul etməyinizi xahiş edirəm. Bunun üçün sizin iki ay vaxtınız var … 8-ci çağırış Ali Radanı buraxıram.” Zelenski məclis kürsüsündən hər kəsə bəyan etdi ki, Ali Rada bütün millətin gülüş obyektinə çevirdiyi Azərbaycan Milli Məclisi deyil…

Amma bu səfər başqa diqqət çəkən məqamlarla da yadda qaldı. Azərbaycanın Ukraynadakı səfiri Oqtay Əsədovu Heydər Əliyevin adını daşıyan istirahət parkında onun heykəlini ziyarətə apardı. Diplomatik nümayəndəliyin striptiz-bar işlədən deputat üçün belə bir ziyarəti təşkil etməsi də sosial şəbəkələrdə böyük məsxərəyə çevrildi.

Bundan başqa, Oqtay Əsədovun Kiyevdə müalicə olunan Milli qəhrəman Zabit Quliyevlə görüşü də sosial şəbəkələrdə çox sayda qəzəbli şərhlərin yazılmasına səbəb oldu. “Özü milli qəhrəmanla görüşür, arvadı isə Moskvadakı striptiz-barında ermənilər üçün əyləncə gecələri təşkil edir” deyə qəzəbini bildirən şəhid ailələri haqlı deyillərmi?

Zelenskinin parlamenti buraxması uzun zamandır sosial şəbəkələrdə bizim Parlament və onun spikeri ilə bağlı gedən etiraz kampaniyalarını bir daha gündəmə gətirir. Doğrudan da, biz bu utancdan nə vaxt qurtulacağıq? Xalqla heç nədə hesablaşmayan bu anti-xalq Parlamenti nə vaxt buraxılacaq?

P.S. Spiker Əsədovun Zelenskinin andiçmə mərasimində iştirak etdiyi tarixdə Azərbaycanda baş deputatın ailəsi ilə bağlı daha bir əcaib qalmaqala şahid olduq. O tarixi görüşün keçirildiyi bir vaxtda xalq bizim spikerin kürəkəni tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən it pornoqrafiyasından danışırdı. Həmin ərəfədə onun bu iyrənc video- reportajına YouTube-da 200 mindən çox baxış olmuş və təxminən min şərh yazılmışdı.

Zaur Əliyev