Qarabağ üçün lobbiçilərə pul xərclədinizmi?

AXCP sədri Əli Kərimli:

– Bunlar İlham Əliyevin görüşlərinin təşkilinə, xarici ölkələrdə Heydər Əliyevin adına park salmağa, heykəl qoymağa pul verirlər, hətta Heydər Əliyevin bir heykəlinin (uzaq Meksikada) götürülməməsi üçün 4 milyard rüşvət təklif edirlər, seçki saxtakarlığını görməmələri, siyasi məhbuslara dəstək verməmələri üçün AŞPA deputatlarına külli miqdarda rüşvət verirlər, lap Avroviziyada qələbə üçün də rüşvət verirlər, təkcə Qarabağ üçün vermirlər. Bir halda ki, belə rüşvətverənsiz, Avropada, ABŞ-da da çoxlu sayda rüşvət almağa hazır olan vicdansız siyasətçilər var, bəs niyə bir dəfə də Qarabağ üçün rüşvət verərkən yaxalanmadınız? Niyə bir dəfə də yalançı “erməni soyqırımı” qətnamələrinin qarşısını almaq üçün pul xərcləmədiniz? Çünki təkcə rüşvətxor deyil, həm də anti-millisiniz!


Link burada