Spiker özünə 2 nəvə alıb və böyük pullar hesabına

                            Uşaqların anası Rəna Məmmədova qan ağlayır

Xəbər vermişdik ki, spiker Oqtay Əsədova qızını evləndirərkən bir başqa ailəni dağıdıb, kürəkəni isə keçmiş həyat yoldaşından boşanaraq uşaqları da onun əlindən alıb. Spikerin “nəvələrinin” gerçək anası Rəna Məmmədova sosial şəbəkə vasitəsilə prezidentə və vitse- prezidentə müraciət edərək uşaqlarının geri qaytarılmasını tələb edir. Rəna Məmmədovanın həm rus dilində bu müraciətini, həm də müraciətin azərbaycan dilində tərcüməsini veririk.

“100 min nəfərdən çox adam mənim prezidentə və onun xanımına müraciətimi artıq görmüşlər. Birincisi, bu çətin vaxtda mənə kömək edən hər kəsə təşəkkür edirəm. Onlardan çox dəstək məktubları alıram. Bütün bu illərdə mənə necə istehza etdiklərini, məni necə alçaltdıqlarını görən insanlar mənimlə birlikdə ağlayırlar. Mən inanıram ki, göydə Allah var. Keçmiş ərim (Oqtay Həsədovun kürəkəni – red.) mənə deyir ki, Oqtay müəllimin ailəsində toxunulmazlıq var, cangüdənlər var, səni cəzalandıracağıq və s.”.

Bir şeyi başa düşdüm, mənim göz yaşlarım onlara yalnız zövq verir. İnsanlar onlara sual verəndə ki, bu uşaqların həqiq anası haradadır (Əsədovlar-red) nə deyirlər? Niyə Oqtay Əsədovun qızı, mənim uşaqlarını əlimdən alan Nərminə Əsədova biznes bəhanəsi ilə tələm- tələsik Türkiyəyə getdi?

Onlar insanlara hansı nağılları danışırlar, bilirəm. Onlar gizlədilməsi mümkün olmayacaq şeyi gizlətmək istəyirlər. Onların mövqeyi belədir: insanlara yalan demək, və hədə-qorxu gəlmək …

Heç kəs cürət edib Əsədova demir ki, heç olmasa Allahdan ya da Prezidentdən qorxun. Məndən oğurlanan bu uşaqların anasıyam! İmzaladığım bütün sənədlər mənim iradəmə qarşı idi, Əsədovlar məni aldatdılar!

Uşaqı olan hər kəsdən xahiş edirəm, bütün ana və atalardan xahiş edirəm. Bu xəbərləri bölüşün ki, prezidentimiz və Mehriban xanım eşitsinlər.

Mən tənha qadınam. Əsədovların gücü və pulu məni çox bədbəxt edib. Onlar düşünürlər ki, öz “toxunmazlıqlarına” görə anadan uşaq oğurlaya bilərlər.

Mənim uşaqlarımın yeni “anası”, Oqtay Əsədovun qızı Nərminə bunları eşidirsə- oxuyursa, bir sual verərdim ona: həqiqətənmi sən uşaqlarımı unutduracağımı düşünürsən? Səndə ürək varmı? Mən onları çətinliklərlə bu dünyaya gətirdim… Ananın göz yaşlarının nə olduğunu bilirsənmi? Mənim gözyaşlarımla xoşbəxt olacağınıza inanırsınız? Mənim analıq haqqımı qaytarın və gedin öz pullarınızın işində yaşayın!

Məni isə qorxutmağa, şantaj etməyə cəhd göstərməyin! Mən sizdən qorxmuram”!

Əbil Həsənov