Qazaxda meyiti tapılan qadının azyaşlı qızı da öldürülüb

Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş keçmiş əri Eldəniz Babayevin ətrafında daha bir əməli üzə çıxıb.
Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə E.Babayevin E.Tanrıverdiyevanın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib.
Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb. Araşdırmalar davam etdirilir.