AND hərəkatının bəyanati

“Noyabrın 17-də Bakı şəhərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın üzvləri və rəhbərliyi Milli Dirçəliş gününün 30- cu ildönümünü Şəhidlər Xiyabanına ziyarətlə yad etmək istəyiblər, ancaq polis bu dins aksiyanı kobudluqla dağıdıb, 60 nəfərə yaxın aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlar arasında Milli Şuranın sədri professor Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli də var. Polis, təbii ki, siyasi hakimiyyətin göstərişi ilə bu zorakılıq aktını həyata keçirib. Onlarla adam inzibati qaydada cəzalandırılıb, Milli Şuranını sədri sərbəst buraxılsa da AXCP sədri Əli Kərimli hələ də polis idarəsində saxlanılmaqdadır, üstəlik, 20 saatdan artıqdır ki, onun saxlanıldığı yer məlum deyil !.
AND bu hadisəni Azərbaycanın avtoritar rejiminin vandalizmi kimi dəyərləndirir.
AND hesab edir ki, bu cür kobud və sivil olmayan davranışlar Azərbaycan dövlətinin pis obrazının möhkəmləndirilməsindən başqa heç nəyə xidmət etmir. Bütün bunları nəzərə alaraq, AND :
-Başda Əli Kərimli olaraq saxlanılanların hamısının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edir ;
-AND Avropadakı fəal siyasi mühacirləri bu zorakılığa qarşı etiraz etməyə çağırır ;
-AND üzvləri üçün fövqəladə fəaliyyət mərhələsi elan edilir və AND-lıların yaşadıqları ölkələrdə və şəhərlərdə hansı xüsusi tədbirlər keçirəcəyi ilə bağlı rəhbərliklə məsləhətləşmələrin vacib olduğunu bildirir.
Azərbaycan Naminə Demokratiya hərəkatı Avropada «antidiktatura prosesi» başladır və bəyan edir ki, Azərbaycanda avtoritar rejimin ictimai xof və ümidsizlik yaratmaq üçün həyata keçridiyi bu cür kobud və qəddar əməliyyatlara qarşı siyasi mühacirətin xüsusi tədbirlər paketi işlənib həyata keçiriləcəkdir.
AND Avropanın müxtəlif ölkələrində yaşayan fəal siyasi mühacirləri Vətənimizdə avtoritar rejimin möhkəmləndirilməsinə qarşı birgə mübarizəyə dəvət edir.”