Biz, Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) aşağıdakı üzvləri, bəyan edirik ki, SMMM-nin əsas məramı – ölkəmiz Azərbaycanda siyasi məhbusların siyahısının tərtibi və onların hüquqların müdafiəsidir. Bununla belə, bu gün xaricdə sığınacaq tapmış bəzi dələduz və fırıldaqçıların öz çirkin məqsədlərindən ötrü SMMM adından sui-istifadə etməsi hallarının da qəti əleyhinəyik. Nəzərə alsaq ki, 2018-ci ilin aprel ayında Oqtay Güləliyev tətəfindən tərtib edilmiş və SMMM adından yayımlanmış “Avropa işi” adlı hesabat:
1) SMMM-nin əksər üzvləri tərəfindən rəsmən qəbul edilməmiş;
2) siyahıya adları salınmış Elşad Abdullayev və Riyad Əliyev kimi dələduzların bu sənəddən öz növbəti çirkin əməlləri naminə istifadə etməklə yanaşı, mətnin rəsmi müəllifliyinin guya Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus xanıma məxsus olduğunu bildirmiş;
3) eləcə də mətndə ortaya çıxmış bəzi digər saxtakarlıqları da nəzərə alaraq;
“Avropa işi” adlı sənədin SMMM adından təqdim edilməsinin qəti əleyhinəyik.
Bununla belə, hesab edirik ki, Oktay Güləliyev müəllifi olduğu bu sənədi yalnız özünün rəhbəri olduğu “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı adından təqdim edə bilər.
SMMM-nin üzvləri:
- 1.Leyla Yunus – Sülh və Demokratiya İnstitutunun direktoru;
- 2.Elşən Həsənov – Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri;
- 3.Hilal Məmmədov- “Tolışi Sədo” qəzetinin baş redaktoru;
- 4.Eldəniz Quliyev- Azərbaycan Ziyalılar Birliyinin sədri;
- 5.Rövşən Əhmədli- Azərbaycan Respublikasının Qarabağ İslami Müqavimət Hərəkatı